Azərbaycanlı məşhur is adamınin milyon dollarlıq binası narkomanların məskəninə çevrilib - FOTOLAR




ABŞ -a qaçdıqdan sonra əmlakları müsadirə olunan azərbaycanlı iş adamı Rza Zarrabın İstanbuldakı binası (“Royal Holdinq”) evsiz insanlar üçün bir yaşayış məkanına çevrilib.
Binadakı əşyalar hissə-hissə oğurlanır. Bununla yanaşı, yerli sakinlər binanın yanından keçməyə qorxduqlarını bildirirlər.


Qeyd edək ki, Rza Zərrab ABŞ -a qaçmazdan əvvəl bütün şirkətləri boşaltmışdı. ABŞ -da mühakimə olunan və etirafçı olan Zərrabın Türkiyədəki bütün əmlakı müsadirə edilmişdi. Zərrabın şirkətlərinin idarə olunduğu binalarda ötən ilə qədər mühafizəçi qalıb. Amma sonradan mühafizəçilər də işdən çıxarılıb. Yarımçıq qalmış bina əvvəlcə evsizlər üçün məkana çevrilib, sonra oğrular, narkomanlar binanı özləri üçün məskən ediblər. Binanın qapıları və pəncərələri sökülüb, xarabalığa çevrilib.

Reza Zarrab'ın milyonluk binası evsizlerin ve tinercilerin meskeni haline geldi

Binada qalan evsiz bir adam türkiyəli jurnalistə bunları deyib: "Mən küçələrdə yatırdım. Üç aydır bu binada qalıram. Arxa şüşəni sındırıb içəri girmişəm. Məndən sonra çoxlu dostlar gəlib burada qaldılar. Daha sonra narkomanlar da gəlib pəncərələri və qapıları sındırdılar. Pula yarayacaq hər şeyi götürdülər. Ətrafda yaşayan sakinlər narahat olanda polisə xəbər verdilər. Polis demək olar ki, hər iki gündən bir gəlir. Polis gələndə narkotik satıcıları qaçırlar. Amma sonra yenə gəlirlər.
Reza Zarrab'ın milyonluk binası evsizlerin ve tinercilerin meskeni haline geldi

Qeyd edək ki, “Royal Holdinq” Rza Zərrab tərəfindən 27 dekabr 2010 -cu ildə 5 milyon lirə sərmayə ilə qurulub. Şirkətin yeganə səhmdarı olan Zarrab 26 Fevral 2016 -cı ildə şirkətin adını dəyişib. Yeni adı “Roysar Holding” olaraq qeydiyyata alınıb. Ancaq “Royal Holdinq”in adı sözügedən binanın üzərindəki lövhədən çıxarılmayıb. İstanbul Baş Prokurorluğu 2017 -ci ildə Zərrabın mülklərinin həbs olunması ilə bağlı qərar verib. Ələ keçirilən mallar arasında “Royal Holding” işarəsi olan şirkət binası da var.

Qərardan əvvəl şirkət binasındakı kompüterlər götürülüb.

Musavat.com
Reza Zarrab'ın milyonluk binası evsizlerin ve tinercilerin meskeni haline geldi
Reza Zarrab'ın milyonluk binası evsizlerin ve tinercilerin meskeni haline geldi


Tarix: 2-10-2021, 22:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}