Deputat oğlunun "SSRİ gözəli" sevdası


 





V çağırış Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə bir neçə il əvvəl Londonda "Miss USSR" ("SSRİ gözəli") müsabiqəsinə bir ətək pul töküb.  İngiltərədə daha bir şirkət açıb.
 
Mediatv.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.C.Həsənli bildirib ki Ülvi Quliyevin oğlu Orxan Quluzadə 2017-ci ildə o, "Rubicon Production" studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib. https://cinando.com/.../rubicon_production_132630/Detail
Nəyə görəsə müstəqil Azərbaycanın deputatının oğlu 30 il əvvəl qəbrə qoyulmuş SSRİ-nin Londonda xiffətini çəkib. SSRİ dağılanda onun cəmi 2 yaşı vardı.
O zaman İngiltərənin məşhur "İndependent" qəzeti də bu müsabiqə haqqında xəbəri "High heels, tiny bikinis and Soviet nostalgia: Why is Miss USSR happening in London?" başlığı ilə təqdim etmişdi.
https://www.independent.co.uk/.../miss-ussr-beauty....
O vaxt Britaniyanın Latviyadakı keçmiş səfiri, Avropa İslahatları Mərkəzinin hazırda xarici siyasət direktoru olan Yan Bond "The Independent"ə bildirmişdi ki, "bu tədbir ciddi zövqün və tarixi şüurun çatışmazlığını göstərir".
Britaniya mətbuatı yazırdı ki, müsabiqə güclü sponsorların hesabına keçirilib, sponsorlar sırasında mənşəcə keçmiş Sovet respublikalarından olan şəxslərə məxsus şirkətlərin, o cümlədən Londondakı "Caviar House"nin adı çəkilib.
  


Tarix: 5-12-2021, 15:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}