Marsa 45 günə uçub çatmaq mümkün olacaq - Kim uşaqlıqda kosmonavt olmaq istəməyib ki?

Marsa 45 günə uçub çatmaq mümkün olacaq - Kim uşaqlıqda kosmonavt olmaq istəməyib ki?
Qalaktikalararası səyahətlər bizə cazibəli gəlirdi, hər birimiz gizlincə ümid edirdik ki, böyüyəndə uzaq ulduzlara səyahət edəcəyik. Böyüyəndən sonra isə çoxlarımız yerlə bağlı işlərlə məşğul oluruq. 
Bəs kosmik turizm əlçatan olsa necə? Siz Qırmızı planetə səyahət etməyə hazır olacaqsınızmı?

 
"Phys.org" elmi portalı Kanadanın Makhill universiteti alimlərinin kosmik gəmi üçün kəşf etdikləri unikal mühərrik barədə yazıb. Bu kəşf rekord qısa müddətə lazer- istilik hərəkət qüvvəsi sayəsində Marsa uçub getməyə imkan verəcək.
 
2018- ci ildə NASA mühəndislər qarşısında elə bir texnologiya işləyib hazırlamaq vəzifəsi tapşırıb ki, Marsa ən azı bir ton yükü 45 gün ərzində çatdıra bilsin, həmçinin Günəş sisteminin dərinliklərinə doğru səyahət etmək imkanı olsun. Belə sorğu yükləri və ideal halda astronavtları Marsa çatdırmaq və qalaltikanın kosmik şüaları və Günəş qasırğalarının dağıdıcı təsirini minimuma endirmək arzusuna əsaslanıb.
 
İlon Mask güman edirdi ki, insanın Marsa uçuşu onun "SpaceX" şirkətinin istehsal etdiyi raketlərdən istifadə etməklə altı aya başa gələcək. Lakin Makhill universitetininin alimləri NASA- nın sorğusunu təmin etmək üçün ilk dəfə olaraq 1970- ci ildə öyrənilən lazer- istilik hərəkət qüvvəsinə əsaslanan texnologiya işləyib hazırlayıb. O zaman tədqiqatçılar zamanında ən güclü 10, 6 mikronluq CO2- lazerlərindən istifadə edib, müasir lif- optik lazerlərin dalğasının uzunluğu cəmi bir mikron fərqindədir.
 
Alimlərin konsepsiyasına görə, diametri 10 metr olan infraqırmızı lazerlər massivi Yerdə yerləşəcək və çoxsaylı görünməz infraqırmızı şüalarını birləşdirəcək.
 
Onlar kosmik gəminin arxasındakı kamerada hidrogen plazmasını isitməklə qazabənzər hidrogendən hərəkət qüvvəsi yaradacaq və gəmini Marsa cəmi 45 günə çatdıracaq. Orada o, atmosferdə ləngiyəcək, insanlara ehtiyatları göndərəcək.
 
10 ildən sonra, yəni 2040- cı ildə insanların Qırmızı planetə ilk uçuşunun həyata keçirilməsi güman edilir.
 
Düşünün, bəlkə bizim sizinlə uşaqlığımızın astronavt olmaq arzusunu gerçəkləşdirmək şansımız qalır.
 
Yekaterina Dmitriyeva, "Detaly", İsrail
Tarix: 25-03-2022, 22:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}