Abramoviç gizli şəkildə Polşaya getdi: Putin göndərib?



Rusiyalı oliqarx Roman Abramoviç Polşaya gedib. Onun səfərinin mümkün məqsədi ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparmaqdır.
Axar.az xəbər verir ki, bunu polşalı jurnalist Yakub Staxovyak Tvitter səhifəsində yazıb.
“Martın 24-də Roman Abramoviç qatarla gizli şəkildə Ukraynadan Polşaya gəldi”, - jurnalist bildirib.
Onun sözlərinə görə, Abramoviç sərhədi Portuqaliya pasportu ilə keçib.
“Mümkündür ki, Prezident Co Baydenlə qeyri-formal görüş olsun. Milyarderi Putin göndərib?” – deyə jurnalist sual edib.
Qeyd edək ki, bundan öncə Ukrayna lideri Zelenskinin Abramoviçin Rusiya ilə danışıqlarda mühüm rolunu nəzərə alaraq, ona tətbiq edilən sanksiyaların dondurulmasını ABŞ lideri Baydendən xahiş etdiyi haqda məlumat yayılmışdı.
Tarix: 26-03-2022, 08:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}