Rusiyalı ən zəngin beş milyarderinin adı açıqlanıb

Rusiyalı ən zəngin beş milyarderinin adı açıqlanıb
“Bloomberg”in (“Bloomberg Billionaires Index”) məlumatına əsasən 1 aprel tarixinə görə 22 rusiyalı milyarderlərin varidatı ümumilikdə 299,47 milyard dollar təşkil edir.
 
2022-ci ilin əvvəlindən etibarən bu məbləğin 50,1 milyard dollara qədər azaldığı qeyd olunur.
 
Hazırda Rusiyanın ən zəngin beş milyarderi bu şəxslərdir:
 
Vladimir Potanin - 29,4 milyard dollar sərvəti var
 
Leonid Mixelson - 27,5 milyard dollar sərvətə sahibdir
 
Aleksey Mordaşov - 23,1 milyard dollar sərvətə malikdir
 
Vladimir Lisin - 23 milyard sərvətə sahibdir
 
Əlişir Usmanov - 19,8 milyard sərvətə sahibdir
 
Məlumatda qeyd olunur ki, “Lukoil”in rəhbəri Vahid Ələkbərov Rusiyada ən çox sərvət itirən milyarderlər sırasında birincidir. 
 
Onun sərvəti 2022-ci ilin əvvəlindən 17,4 milyard dollar azalıb.
 
İndi V. Ələkbərovun sərvəti 5,36 milyard dollar qiymətləndirilir.(oxu.az)
 
Mənbə: “Bloomberg”

Tarix: 2-04-2022, 10:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}