"Bunkerdə Sütunlu zalın surətini düzəltdilər, Putin gəldi kukla ilə vidalaşdı və getdi"


Leninin yanaqları hələ də qırmızıdır.

Bir çoxunuzdan fərqli olaraq Moskvadakı movzoleydə Leninin cəsədini ziyarət etmişəm. Sağ qolu dirsəkdən etibarən, sol qolu biləkdən mumdan düzəldilib. Üzündə yanaqları isə hələ də qırmızıdır. Şəkillərdə dümmağ görünür, amma qırmızını öz gözümlə görmüşəm.

Ənnik-kirşandır əlbəttə, yəni makyaj.

Koronadan vəfat edən şəxsin üzü belə olmaz. Çənəsi və alnında ən azından qançırlar da olmalı idi. Amma Jirinovskinin üzü canlı adam kimidir.

Yenə də ənnik-kirşan.

Putin isə, göründüyü qədər, heç Jirinovskinin nəşi ilə vidalaşmaya belə gəlmədi. Bunkerdə Sütunlu zalın surətini düzəltdilər, gəldi kukla ilə vidalaşdı və getdi.

Kukla və makyajlı cəsədlərlə vidalaşan ölkə böyük deyil, artıq cücədir deməkdir.

Vasif İsmayıl

Tanınmış həkim 
Tarix: 9-04-2022, 09:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}