"Sən jurnalistsən, bazarda abırsız arvad deyilsən..." - VİDEO


Rusiya estradasının ulduzu Filip Kirkorov məşhur yumor ustası və parodiyaçı Maksim Qalkinin müdafiəsinə qalxıb və "Russia Today" agentliyinin baş redaktoru Marqarita Simonyana sərt təpki göstərib.
 
"Mən indi bizimlə razılaşmayan insanlara damğa vurulmasını, alternativ nöqteyi- nəzəri, başqa baxışları olanların və, sadəcə, qorxuya düşənlərin təqib edilməsini görəndə çox acıyıram.
 
Moderator.az xəbər verir ki, bu barədə Filip Kirkorov özünün "İnstagram" səhifəsində yazıb.
 
- Siz, əcinnə ovçuları, bizim daxilimizdə parçalanmaya rəvac verirsiniz. İctimaiyyətin tanınan simaları indi birliyə, həmrəyliyə, bütün ağrı- acıların aradan qaldırılmasına çağırış etməyə borcludur. Siz isə, əksinə, hər şeyi gərginləşdirir və bizi bezdirirsiniz. Bundan sonra kim sizə tərəf boylanacaq? Belə metodlarla siz mübarizə apardıqlarınıza bənzəyirsiniz.
Marqarita Simonyan teleşouların birində mənim həmkarlarım Maksim Qalkin və Alla Puqaçova haqqında ədəbsiz ifadələrə yol verib. Sən bir insanı və onun ailəsini ləkələmək üçün şam tutmuşdun? Alla və Maksimin övladları sənin üzünə necə baxmalıdır? Onlar öz valideynlərinin ünvanına belə tərbiyəsiz ifadələr yağdırılan Vətənlərinə necə baxmalıdır?
Sənə insanları belə açıq- aşkar alçaltmağa kim ixtiyar verib? Kim sənə bu haqqı verib?
Marqarita, sən ölkəmizin əsas ruporunun baş redaktorusan. Sənin cəmiyyətdə ixtilaf yaratmağa ixtiyarın yoxdur. Sən jurnalistsən, bazarda natəmiz şayiələr gəzdirən və qeybət edən abırsız arvad deyilsən.
Mən bu prinsiplə yaşayıram: başqalarının səninlə davranmaq istədiyin kimi hərəkət et. Və mən indi əmin deyiləm ki, sənin natəmiz alt paltarına əl gəzdirib, onu ictimaiyyətin mühakiməsinə atmaq istəyənlər tapılmasın. Günahlar isə hamının var...
 
Kirkorov bəyan edib ki, indi xeyli peşəkarlar Rusiyanı tərk edib gedir, Simonyan kimiləri isə onların doğma vətənə dönməyinə əngəl törədir.
 
"Cəmiyyətimizi param- parça etməyin! Bizdən quru skeletimiz qalacaq və hamı da onun üzərində rəqs edəcək..."- Rusiya estradasının kralı sözlərinə yekun vurub.
 
Xatırladaq ki, Marqarita Simonyan Vladimir Solovyovun verilişində çıxış edərək, bəyan edib ki, onun xaricdən Qalkinin Rusiyaya və Rusiya ordusuna qara yaxmasına baxmağa taqəti qalmayıb. O, ictimaiyyət qarşısında deyib ki, Maksim Qalkin mavidir və 
Puqaçova ilə karyera xatirinə, gözə kül üfürmək və özünün zənginləşməsi naminə evlənib.
 
Qalkin müharibə başlanandan Rusiya hakimiyyətinin hərəkətlərini tənqid edərək qan tökülməsini dayandırmağa çağırış edir. Münaqişə səbəbindən o və həyat yoldaşı, müğənni  Alla Puqaçova Rusiyanı tərk edib.

 

Tarix: 2-05-2022, 10:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}