Sergey Şoyqu xanımların qarşısında niyə bu qədər acizdir?-MARAQLI FAKTLAR


Sergey Şoyqu Rusiyanın siyasi elitasında ən xarizmatik liderlərdən biri sayılır. Bəziləri onu hətta Vladimir Putinin siyasi varisi kimi görür. Amma biz bu dəfə türk əsilli Sergey Kujuqetoviçin siyasi olimpdəki yerindən yox, gözəl xanımlara həssas münasibətindən danışacağıq. Rusiyanın müdafiə naziri həyatı boyu zərif cinsin nümayəndələrinə qarşı zəifliyini biruzə verib. O hər zaman yanında gözəl xanımların olmasından xüsusi zövq alıb.

 
30 yaşlı general – Mariya Kitayeva
 

Sergey Şoyqunun ətrafında olan və gənc yaşlarında general rütbəsi alan gözəl və yaraşıqlı xanımlardan biri Mariya Kitayevadır. Mariya Kitayeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. 21 yaşında “Foma Center” Fondu quran Mariya o illər ərzində “Foma” jurnalını nəşr etdirib. Gənc yaşlarındaykən Aleksey Tuzovla evlənir. Cütlük birgə çox uğura imza atdılar. Sonrakı illərdə Kitayevanın karyerası çox sürətlə inkişaf edir.
O, “Zvezda” və VGTRK telekanallarında aparıcılıq edib. Və bir gün bu gözəl xanım məmur kreslosuna sahib çıxıb. Belə ki,  müdafiə naziri Sergey Şoyqu Mariyanı informasiya məsələləri üzrə məsləhətçisi postuna təyin edib. Bir ildən biraz çox işlədikdən sonra, 30 yaşlı məmur-xanım Rusiya Federasiyasının üçüncü dərəcəli aktiv dövlət müşaviri rütbəsi alıb.
Bu status general-mayor rütbəsinə bərabərdir. Bu gün qadın, üç uşağı ilə tez-tez instaqramda fotoşəkil yayımlayır. Lakin uşaqların atasının kimliyini gizlədir. Amma hər halda bu uşaqlar keçmiş ərindən deyil. Çünki onlar uzun illərdir ki, görüşmürlər. Və bu uşaqlar barədə söz düşəndə hamı nədənsə təbəssümlə Sergey Şoyqunu xatırlayır.
Şoyqunun “qadın taboru”nun üzvü olan general-mayor Mariya Kitayeva haqqında maraqlı söhbətlər gəzir. Məsələn, bu yaxınlarda Kitayevanın atasının adına Moskvanın ən prestijni yerində bahalı bir mənzil qeydə alınıb. Və yaxud Mariyanın qardaşının adına olan “Vesper” şirkəti son vaxtlar Moskvada əsasən dövlət sifarişlərini həyata keçirir. Hazırda şirkət paytaxtın mərkəzindəki tarixi binaların yenidən qurulması ilə məşğuldur. Kitayevanın anası, eyni zamanda paytaxtdakı müxtəlif qalmaqallar və əmlak fırıldaqçılığı ilə əlaqəli adamdır.
26 yaşlı general – Rosiyana Markovskaya

Ümumiyyətlə, müdafiə naziri Sergey Soyqu yaraşıqlı generallarla əhatə olunmağı sevir. Ona görə də bu günlərdə daha bir gözəli xoşbəxt edib. Bu 26 yaşında general-mayor rütbəsi alan Rosiyana Markovskayadır. Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytında qız haqqında çox az məlumat var. Bu da onu bu qədər yüksək rütbəyə layiq görmə səbəbləri barədə suallar yaradır. Markovskayanın Uzaq Şərq Federal Universitetinin Jurnalistika fakültəsində oxuduğu məlumdur. “Vladivostok” və “Zvezda” kanallarında aparıcı və müxbir işləyib. Daha sonra Rusiya müdafiə nazirinin mətbuat katibi vəzifəsinə qədər yüksəlib. Rusiya Federasiyasının üçüncü dərəcəli Dövlət müşaviri vəzifəsi heç də hər bir hərbçinin ala biləyəcəyi bir vəzifə deyil. Ona görə də Rosiyana Markovskayanın vəzifə sıçrayışını Sergey Şoyqu ilə bağlayanlar çoxdur.
General-leytenant Marina Qridneva

Çox qısa zamanda uğurlu karyera sıçrayışı edən daha bir gözəl xanımın adı tuvalı balası ilə hallanır. Bu general-leytenant Marina Qridnevadır. Bu generalın bioqrafiyası olduqca cılızdır. 6 il ərzində Qridneva heç bir şeydən general-leytenant rütbəsinə qədər bir karyera qurmağı bacarıb. Ən maraqlısı da odur ki, bu xanım ixtisasca jurnalistdir. 2006-cı ilə qədər “Moskovski Komsomolets”-də güc strukturları şöbəsinə rəhbərlik edib. Sonra Baş Prokurorluqda çalışıb və artıq 2010-cu ildə general-mayor rütbəsi alıb. Və 2 ildən sonra general-leytenant olub.
Tarix: 19-05-2022, 18:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}