Dünyanın ən bahalı avtomobili satıldı


Almaniyada 1955-ci il istehsalı olan “Mercedes-Benz 300 SLR” avtomobili rekord qiymətə - 135 milyon avroya satılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, “Sotheby's” satış evinin məlumatına görə, hərrac mayın 5-də Almaniyanın Ştutqart şəhərindəki “Mercedes-Benz” muzeyində baş tutub.
Nadir nəqliyyat vasitəsi dünyada indiyədək satılan ən bahalı avtomobil olub. Onun qiyməti öncəki rekordun sahibi 1962-ci ildə istehsal olunan və 2018-ci ildə 48,4 milyon dollara satılan “Ferrari 250 GTO” avtomobilinin qiymətini 90 milyon avro üstələyib.
Təşkilatçıların sözlərinə görə, əldə olunan vəsait hesabına bütün dünya üzrə ekologiya elmi sahəsində təhsil alan və tədqiqat işləri ilə məşğul olan gənclərə təqaüd verəcək “Mercedes-Benz Fondu” qurulacaq.
“Mercedes-Benz 300 SLR” avtomobili 1955-ci ildə Rudolf Ulenhautun rəhbərlik etdiyi kompaniyanın yarış departamenti tərəfindən hazırlanan iki prototipdən biridir. Sürəti saatda 290 kilometrə çatan nəqliyyat vasitəsi həmin dövrdə istehsal edilən ən sürətli avtomobillərdən biri olub.
SİAM.AZ
Tarix: 20-05-2022, 15:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}