"Bu sığınacaq təksə raket zərbələrinə deyil, kimyəvi və hətta nüvə zərbələrinə dözümlüdür"


 "Finlər tarixin dərslərini yaxşı mənimsəyib..."
"Mağara yeraltı dəhlizlər qismən uşaq oyuncaqları, məktubları, süni yolkalar, maral fiqurları var..."
 
Dünyada Santa Klausun ən populyar iqamətgahında 3600 nəfərlik sığınacaq gizlənib
 
 
Finlandiyanın NATO- ya daxil olmasından öncə Şimal Qütb Dairəsində Rusiya tərəfindən mümkün bombardmanlar zamanı sığınacaqların vəziyyəti yoxlanılır.
 
Heç demə, sevimli uşaq qəhrəmanının məskənində minlərlə adam sığına bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə TCH nəşri yazıb.
 
Hər il Rovaniyemi şəhərinə Santa Klausun iqamətgahına təxminən 10 min insan ziyarətə gəlir. Hazırda Rusiyanın Ukraynaya həbi müdaxiləsindən və Finlandiyanın NATO-ya gələcəkdə daxil olmasından sonra burada onun ikili təyinatı yada düşüb. Santa Klausun evinin altında sığınacaq mövcuddur.
 
Mağara yeralıtı dəhlizlər qismən uşaqların/ məktubları, süni yolkalar, maral fiqurları və başqa  Milad inventarı ilə doludur. 
Sığınacaq hələ 90-cı illərin sonunda tikilib və tikintinin planında Santa Klausun iqamətgahı da nəzərə tutulub. 1940-cı ildə Rusiyanın hücumundan sonra bu, ölkədə bütün evlər üçün mütləq şərtdir. Finlər tarixin dərslərini yaxşı mənimsəyib.
 
"İqamətgah 1997-ci və 1998-ci illərdə tikilib. Lap əvvəldən bu, sığınacaq və tematik park kimi nəzərdə tutulub. Ona görə də burada bütün lazımi tədbirlər görülüb", - bunu Santa-parkın sahibi Katya İkaheymo-Lankinen deyir.
 
İqamətgah bir neçə min adam üçün nəzərdə tutulub və nəinki raket zərbələrinə, həm də kimyəvi və hətta nüvə zərbəsinə dözümlüdür.
 
"Plan bundan ibarətdir ki, buraya təxminən 3600 nəfər daxil ola bilər, lazım gələrsə, vəziyyət tələb edəcəyi qədər burada qala bilərik", - bunu təhlükəsizlik üzrə mütəxəssis Rovaniyemi Tapio Hietahanas qeyd edib.
 
Burada müharibənin ilk həftələri üçün avtonom həyat üçün hər şey var. Ayrıca quyu su ilə təmin edir, işıqlanma və istilik sistemləri qoşulub, hətta uçqunlar zamanı avadanlıq da mövcuddur. Hazırda bunun kifayət qədər yatacaq, apteçka və qida olması yoxlanılır.
Həm də Santanın çoxlu oyuncaqları var. Onlar burada sığınan uşaqlara lazım olacaq.
 
Santanın iqamətgahının altında Rovaniyemidə çoxdan bilirlər. Hazırda deyirlər ki, oraya istənilən məqamda Santa, elfa və marallarla enməyə hazırdırlarlar.
 
Amma finlər təkcə sığınacaqlara bel bağlamır. Rusiyanın Ukraynada vəhşiliklərindən sonra onlar müdafiə üçü  hərbi hissələrə də daha ciddi yanaşmağa başlayıb.
 
Yerli sakinlər deyir ki, bizə böyük və müasir ordu lazımdır.
 
"Biz burada hamıdan ayrı düşmüşük, ətrafda çoxlu meşələr var. Lazım gəlsə, müxtəlif istiqamətlərə hərəkət etmək olar, həm də hərbi baza yaxınlıqdadır. Biz özümüzü təhlükəsiz hiss edirik", - yerli sakinlərdən Laura deyib.
 
Finlandiyanın Rusiya ilə 1300 km ümumi sərhəddi var. Onlar Ukrayna ssenaridinin təkrar ediləcəyi təqdirdə düşmənə cavab verməyə hazır olmaq istəyir.
Tarix: 10-06-2022, 09:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}