Simonyandan şok: Rus və Ukrayna xalqları...



Rusiyanın erməniəsilli jurnalisti Marqarita Simonyan rusları və ukraynalıları birləşməyə çağırıb.

Axar.az xəbər verir ki, Simonyan Teleqram səhifəsindəki paylaşımında hər iki xalqın bir yerdə olduğunu, Qələbə gününü qeyd etdiyini, paradlar keçirdiyini, rus və Ukrayna dillərini öyrəndiyini xatırladıb.

“Hamı birlikdə, xoşbəxt, sakit və bir yerdə olduğu üçün fəxr ediri. Əla tablo idi. Əminəm ki, tarixi perspektivdə başqa variant mümkün deyil”, – Simonyan bildirib.

Qeyd edək ki, Simonyan Ukrayna xalqına qarşı ən sərt mövqedə olan jurnalistlərdən biridir. Onun birdən-birə "birləşmədən" bəhs etməsi birmənalı qarşılanmayıb.
Tarix: 11-09-2022, 21:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}