Putin faşizmindən imtina etməyən AZƏRBAYCAN ƏSİLLİ OLİQARXLAR...

Putin faşizmindən imtina etməyən AZƏRBAYCAN ƏSİLLİ OLİQARXLAR...

Xaqani Cəfərli: "Onların bəzilərinin Rusiya prezidentinin Ukraynaya qarşı cinayətkar müharibəsinə yardım etdikləri haqqında məlumatlar var"
"Tinkoff Bank"ın qurucusu, Forbes-un məlumatına görə, 2021-ci ildə 4,7 milyard dollarlıq sərvəti iə Rusiyanın ən varlı iş adamları siyahısında 32-ci yerdə olan Oleq Tinkov Putin faşizmi ilə bağlı olmadığını göstərmək üçün Rusiya vətəndaşlığından imtina edib. Keçmiş həmvətənlərinin dinc insanları öldürüb qarət etdiklərinə sakit baxa bilmədiyini yazan Oleq Tinkov Putin faşizmi ilə bağlı olmaqda ittiham olunmaq istəməyənləri ondan nümunə götürməyə çağırıb". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.
Politoloqun sözlərinə görə, hələ may ayında Putini Ukraynaya qarşı müharibəyə görə sərt tənqid edən Oleq Tinkov rus xalqının hər bir fərdində imperiyaçılıq və faşizmin olduğuna görə bütün toplumun məsuliyyət daşıdığı qənaətindədir: "Oleq Tinkov Putin faşizmi ilə bağlı olmamaq üçün Rusiya vətəndaşlığından imtina edən ilk tanınmış şəxs deyil. Ən zəngin Rusiya vətəndaşlarından biri, 7.1 milyard dollar sərvəti olan Nikolay Storonski Putin faşizmi ilə bağlı olmadığını göstərmək üçün Rusiya vətəndaşlığından bir neçə ay öncə imtina edib. Rusiya vətəndaşlığından imtina edənlər arasında Yuri Milner, İqor və Dmitri Buxman qardaşları, Timur Turlov və çoxsaylı tanınmış iş adamları var. Lakin bu günə kimi Azərbaycan əsilli Rusiya oliqarxlarının heç biri Putin faşizmi ilə bağlı olmadığını nümayiş etdirmək üçün Rusiya vətəndaşlığından imtina etməyib. Bu isə Oleq Tinkovun anlamınca Putinin cinayətlərinə şərik olmaq deməkdir".
Xaqani Cəfərli qeyd edib ki, Putin faşizmindən imtina etməyən Azərbaycan əsilli Rusiya oliqarxlarının bəzilərinin hətta Rusiya prezidentinin Ukraynaya qarşı cinayətkar müharibəsinə yardım etdikləri haqqında məlumatlar var: "Azərbaycan əsilli oliqarxların Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yan keçərək Rusiyanı zəruri mallarla təmin etmək üçün xüsusilə fəallıq göstərmələri isə onların Qərbin ədliyyə orqanları tərəfindən təqib olunmaları üçün əsas yaradır".
Tarix: 3-11-2022, 22:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}