Baş beyin zədələnmələri səbəbindən qadın keçmişə dönüb...

Baş beyin zədələnmələri səbəbindən qadın keçmişə dönüb...
"Qadın unudub ki, psixologiya müəllimi olub, əri və iki övladı var..."
 
"Mən harada olduğumu anlamırdım və, ümumiyətlə, özümü tanımırdım..."
 
"Mən yaşadığımı güman etdiyim dövrlə 21-ci əsrin reallığı arasında zaman sıçrayışını tam anlaya bilmirdim..."
 
Böyük Britaniyanın Çeşir qraflığının Uilmslou şəhər sakini baş beyin iltihabı səbəbindən hafizəsini itirib və keçmişə dönüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Manchester Evening News" nəşri məlumat verib.
 
61 yaşlı Elison Uinterbern 2012-ci ildə qəflətən xəstələnib. Qadının ailəsi söhbət zamanı onun görmə təmaslarda çətinlik çəkdiyinə və sözləri düzgün ardıcıllıqda  tələffüz edə bilmədiyimə diqqət çəkib.
 
Əri onu təxirəsalınmaz şöbəyə aparıb. Müayinədən sonra həkimlər Uinterberndə virus ensefalit diaqnozu qoyub.
 
Qadına beyin ödemini azaltmaq üçün virusəleyhinə preparatlar yazılıb. Vaxtında müalicə almasına rəğmən, Uinterbernin beyni ciddi şəkildə zədələnib.
 
Bu, həm qısamüddətli, həm də uzunmüddətli hafizənin itirilməsinə gətirib çıxarıb. Qadın unudub ki, psixologiya müəllimi olub, əri və iki övladı var. O, əmin olub ki, yeniyetmə dövründədir, 1970-ci ildir. Uinterbern güzgüyə baxıb əksinin gənc qız deyil, yaşlı qadın olduğunu anlamayıb.
 
"Mən harada, hətta öz evimdə olduğumu qətiyyən anlamırdım. Uzun müddət mən, ümumiyyətlə, özümü tanımırdım", - qadın danışıb.
 
Britaniyalı qadın uzun müddət qiymətlərin baha olmasına təəccüb edərək, ərinə qəzet almağa icazə verməyib.
 
"Mən yaşadığımı güman etdiyim dövrlə 21-ci əsrin reallığı arasında zaman sıçrayışını tam anlaya bilmirdim. Mənin ən başlıca ifadəm bu olub: "Bu, neçəyədir?!", - qadın xatırlayır.
 
Yaddaşı pozulduğundan Uinterbern həmçinin daima özünü itirib və qorxu keçirib. Sağlamlıqla bağlı problemlərinin öhdəsindən gəlməyə cəhd edərək, qadın yenidən müəllimlik etmək qərarına gəlib.
 
Lakin məktəbdə bir neçə il işləməsinə rəğmən, o, məkanda yönlənməyə çətinlik çəkib, hətta tualetə necə getməyi soruşub. Britaniyalı qadın təqaüdə çıxmağa məcbur olub və müəllimlik fəaliyyətinin bitməsi ilə barışmalı olub.
 
"Tədricən yaddaşım yaxşılaşıb, ailəmin daimi dəstəyi ilə mən ərdə oduğuma və uşaqlarımın olduğuna vərdiş etmişəm. Mən əslində kim olduğumu yenidən öyrənməli olmuşam", - o, deyir.
 
Qadın qeyd edib ki, indiyədək yaddaş problemi var və özünü başqa insan kimi hiss edir.
 
"Mənim oğlanlarım mənə dəstək olur və həmişə məni nikbin ovqatda saxlayırlar. Mən öz ləyaqət hissimi bərpa etmək əzmindəyəm", - o, iddia edib.

Tarix: 8-11-2022, 08:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}