8 milyardıncı sakin bu ölkədə doğulub - BMT erməni yalanını ifşa etdi

8 milyardıncı sakin bu ölkədə doğulub - BMT erməni yalanını ifşa etdi
Noyabrın 15-də planetin səkkiz milyardıncı sakini dünyaya gəlib.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Damian adlı körpə Dominikan Respublikasının paytaxtı Santo Dominqoda doğulub.
 
Məlumatı BMT rəsmən təsdiqləyib və dünya əhalisinin sayının 8 milyarda çatdığı elan olunub.
 
Bununla da BMT Ermənistanın daha bir yalanını ifşa edib.
 
Belə ki, Ermənistanın Qeqarkunik (Göyçə mahalı) vilayətinin qubernatoru Karen Sarkisyan iddia edirdi ki, guya Yer planetinin 8 milyardıncı sakini bu bölgədə yerləşən Martuni şəhərində anadan olub. Onun sözlərinə görə, çəkisi 2 kiloqram 900 qram, boyu 49 santimetr olan qız uşağına Arpi adı qoyulub.
 
Lakin məlum olub ki, Ermənistan rəsmisinin dedikləri tamamilə yalandır və 8 milyardıncı sakin Ermənistanda yox, Dominikanda dünyaya göz açıb.
Tarix: 16-11-2022, 08:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}