Avropada və Azərbaycanda korrupsiya cinayətlərinin sayı – Tam siyahı


Xəbər verdiyimiz kimi, ötən həftə Avropa Parlamentinin Yunanıstandan olan sədr müavini Eva Kaili Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya işinə görə Belçikada saxlanılıb.
Siam.az Yeniavaz.com-a istinadla xəbər verir ki, belə bir faktın ortaya çıxması əksər Avropa vətəndaşları üçün böyük sürpriz olmayıb. Avropa İttifaqı ölkələrində keçirilən sorğuda respondentlərin orta hesabla 68%-i öz ölkələrində korrupsiyanın geniş yayıldığını bildiriblər.
Yunanıstan korrupsiya faktına görə Avropa İttifaqı ölkələri arasında liderdir. Danimarkalıların fikrincə isə ölkələrində korrupsiya o qədər də geniş yayılmayıb. Belə ki, Yunanıstanda sorğu iştirakçılarının 98%-i ölkələrində korrupsiyanın olduğuna inandıqları halda, bu göstərici Danimarkada 16% olub.
Son 5 ildə Avropa İttifaqı ölkələrində qeydə alınan korrupsiya faktı da rəy sorğusu ilə üst-üstə düşür. 2016-2021-ci illərdə Yunanıstanda 114, Danimarkada isə cəmi 7 cinayət faktı qeydə alınıb.
Avropa İttifaqının Statistik Tədqiqatlar Departamentinin məlumatına görə, son 5 ildə Avropa İttifaqı ölkələrində qeydə alınan korrupsiya cinayətlərinin sayı aşağıdakı kimi olub.
Yunanıstan – 114
Almaniya – 99
Rumıniya – 88
İtaliya – 87
İspaniya – 77
Fransa – 73
Niderland – 60
Kipr – 44
Avstriya – 43
Bolqarıstan – 38
Xorvatiya – 37
Belçika – 36
Çexiya – 34
Macarıstan – 34
Polşa – 32
Portuqaliya – 30
Latviya – 29
Solvakiya – 28
İsveç – 21
Lüksemburq – 20
Litva – 19
İrlandiya – 18
Malta – 17
Sloveniya – 14
Finlandiya – 12
Estoniya – 11
Danimarka – 7

Məlumat üçün onu da qeyd edək ki, son 5 ildə Azərbaycanda korrupsiya faktı ilə bağlı 1259 cinayət faktı qeydə alınıb.
Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, 2016-2021-ci illərdə korrupsiya faktı üzrə açılan cinayət işlərinin sayı illər üzrə aşağıdakı kimi olub:
2016-cı il – 159
2017-ci il – 181
2018-ci il – 222
2019-cu il – 231
2020-ci il – 205
2021-ci il – 261
Tarix: 20-12-2022, 08:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}