Nə qədər ukraynalı öz ölkəsinə geri qayıdıb? – Aİ rəsmisi açıqladı



“Müharibədən qaçaraq Avropa İttifaqına (Aİ) sığınan 16 milyon ukraynalıdan 11 milyonu öz ölkəsinə geri qayıdıb”.
“AzPolitika.info” xəbər verir ki, bunu Avropa İttifaqının Daxili İşlər Komissiyasının üzvü Ylva Yohansson bildirib.
Yohansson qeyd edib ki, Aİ - yə sığınan 1 milyon ukraynalı müxtəlif ölkələrə, xüsusən də ABŞ, Kanada və Böyük Britaniyaya gedib, 4 milyonu isə Aİ ərazisində məskunlaşıb.


Jurnalistin 11 milyon ukraynalının müharibə şəraitində olan ölkəyə geri qayıtmasının səbəbi ilə bağlı sualına Yohansson belə cavab verib: “Mən geri qayıdanlarla danışdım. Onların burada xoşbəxt olmadığını söyləmək üçün heç bir əsas yoxdur. Onlar burada xoş qarşılanıblar. Lakin çoxları döyüşmək, işləmək və Rusiyanın təcavüzünə qarşı müqavimətin bir parçası olmaq üçün öz ölkələrinə qayıdıb”.
Yohansson bildirib ki, həftədə təxminən 200 minə qədər ukraynalı Aİ ərazisinə giriş-çıxış etməkdə davam edir.
Tarix: 10-03-2023, 09:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}