Putin və Kabayevanın evlərinin ətrafında Malta adası boyda təcrid zonası yaradılıb

Putin və Kabayevanın evlərinin ətrafında Malta adası boyda təcrid zonası yaradılıb
Valdayda Putin və Kabayevanın evlərinin ətrafında sahəsi Malta adasına bərabər təcrid zonası yaradılıb.
 

Valday gölündə Vladimir Putinin güman edilən iqamətgahı ətrafında sahəsi Malta adasına bərabər təcrid zonası yaradılıb. Oraya rusiyalıların girişi faktiki olaraq qadağan edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Kremlə müxalif "Meduza" nəşri məlumat yayıb.
 
Jurnalistlər qeyd edir ki, gölün özü adalarla iki hissəyə bölünüb. Valdayın yerləşdiyi hissə rekreasiya (istirahət) zonasına aiddir. Orada iqtisadi fəaliyyət qadağan edilib, amma turizm, həvəskar balıq tutma və ova icazə verilib.
 
İkinci hissə bu yaxınlarda xüsusi mühafizə olunan təbii əraziyə (XMTƏ) çevrilib. Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyinin bu barədə əmri ötən il noyabrın 11-də imzalanıb, bu ilin yanvarında dərc edilib.
 
Qanunlara görə, XMTƏ statusu olan əraziləri yalnız "məlumat turizmi məqsədlərilə" zuyarət etmək olar. Lakin bu zaman vətəndaşlar "yollar xaricinə" və ya xüsusi ekskursiya marşrutlarından kənara çıxa bilməzlər.
 
Valday parkının rəsmi sautında belə yollar yoxdur, buna müvafiq olaraq xüsusi mühafizə olunan statusunu alabən ərazini ziyarət etmək mümkün deyil. Üstəlik, göstərilən saytda ayrıca olaraq "vətəndaşların ziyarəti qadağandır" qeyd edilib.
 
XMTƏ statusu olan ərazidə olmaq vətəndaşlar üçün 4 min rubl (52 dollar) cərimə nəzərdə tutulub. Lakin xüsusi mühafizə olunan əraziyə "xeyli ziyan" vurulduğu təqdirdə həm də cinayət məsuliyyəti nəzərdə tutulub. 
 
Pozucular 200 min rubl (2600 dollar) məbləğində cərimə və ya iki il müddətinə islah işləri cəzası nəzərdə tutulub.
 
Rusiyalılara ərazinin bir hissəsinə gölün "ekoloji vəziyyətinin pisləşməsi", "onun evtrofikasiya edilməsi", yəni suyun çiçəklənməsi məqsədilə giriş rəsmən qadağan edilib.
 
Lakin jurnalistlərin baş verənlər barədə öz versiyası var. Belə ki, fevral ayında "Layihə" nəşrinin dərc etdiyi araşdırmaya görə, Valday gölünün vətəndaşlar üçün qadağan olunmuş hissəsində Vladimir Putinin evi, habelə Alina Kabayevanın daşınmaz əmlakı yerləşir.
 
Maraqlıdır ki, "Valdaysk" milli parkının adminidtrasiyası ərazinin bir hissəsinə girişin qadağan edilməsi barədə martın 3-də məlumat verib.
 
"Meduza"nın yerli sakinlərdən birilə sorğu zamanı Valday gölünün vəziyyəti barədə suala belə cavab verib: "Orada hər şey gözəldir. Lakin hakimiyyət yavaş-yavaş yeni əraziləri ələ keçirir".
Tarix: 19-03-2023, 09:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}