BMT elan etdi - Bu ölkə Çini geridə qoyacaq


Hindistan yaxın iki həftə ərzində, yəni aprelin sonuna qədər Çini keçərək dünyanın ən çox əhalisi olan ölkəsi olacaq.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında öz əksini tapıb.
Hindistanda hər 10 ildən bir həyata keçirilən siyahıyaalma bu il COVID-19 epidemiyası səbəbindən təxirə salınıb, lakin ölkə əhalisinin 1,4 milyardlıq həddi keçəcəyi gözlənir.
Qeyd edək ki, dünyada əhalinin ən sıx məskunlaşdığı ölkə titulunu Çin daşıyırdı.
Mütəxəssislər əhalinin sayının azalmasına Çinin 1979-2016-cı illər arasında həyata keçirdiyi “bir uşaq” siyasəti, yaşayış və təhsilin baha olması, son 3 ildə həyata keçirilən sərt “sıfır COVID” siyasətinin səbəb olduğunu bildirirlər. Ailələrə 2016-cı ildə 2, 2021-ci ildə isə 3 uşaq dünyaya gətirməyə icazə verilsə də, azalan doğum nisbətini artırmaq üçün güzəştlər, vergi endirimləri və daha yaxşı tibbi xidmətlər tətbiq edilsə də, doğum nisbəti davamlı şəkildə artmayıb.
2022-ci ildə Çinin əhalisi 1 milyard 411 milyon 750 min nəfər, Hindistanın əhalisi isə 1 milyard 375 milyon 586 min nəfər olub.
Tarix: 16-04-2023, 11:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}