İranda polis kişilərə də hicab taxmağı tələb edən mesajlar göndərir

İranda polis kişilərə də hicab taxmağı tələb edən mesajlar göndərir

İranda hakimiyyət ardıcıl etiraz aksiyalarının səngiməsindən istifadə edərək mövqelərini möhkəmləndirməyə çalışır. Həbslər davam edir, qız məktəblərinə hücumlar təşkil olunur, hicab qaydaları getdikcə sərtləşdirilir.

Bizimyol.info xəbər verir ki, İranda bir sıra mağaza və restoran baş örtüyü qaydasına əməl olunmamasına görə bağlanıb. Hökumət müşahidə kameralarının köməyi ilə qadınların hicab taxıb-taxmamasına nəzarət etmək qərarına gəlib. Sükan arxasında hicabsız əyləşmiş qadın sürücülər müəyyənləşdirilir, cərimə olunur.
İranda bu istiqamətdə kuryoz hadisələr müşahidə edilir. Polis səhvən kişilərə də hicab taxmaq haqqında xəbərdarlıq mesajları göndərir. Görünür, asayiş keşikçiləri mexanizmin necə işləməsinin fərqinə varmayıb, ucdantutma hamını xəbərdar etmək yolunu seçib. Bu isə məzəli ortam yaradır. Kişilər “hicab tax” ovqatında mesajlar alırlar.
Keçmiş vitse-prezident Məhəmməd-Əl Abtahi bu haqda danışanda təbəssümünü gizlədə bilmir: “Mənə də mesaj gəlmişdi. Allah haqqı, avtomobildə tək idim”.
Abtahinin dediyinə görə, mesajda ona baş örtüyü taxmaması irad bildirilib. Sistemin xəta ilə işləməsi göz önündədir. Ümumiyyətlə, başı açıq olan bütün sürücülərə uyğun mesaj göndərilir. Yəni müşahidə kameraları kateqoriyalaşdırma apara bilmir. Qadınlarla yanaşı, kişilərə də xəbərdarlıq olunur.
“Müşahdiə kameraları kişi ilə qadını ayıra bilmir. Günahı yalnız çinlilərdə görürəm. Cihaz istehsal edəndə bu nüansları nəzərə almayıblar”, - Abtahi rişxəndlə deyir.
Hicabsız qadınlara xidmət göstərən mağaza və restoranlar böyük məbləğdə cərimə olunur. İslam hüququ üzrə ixtisaslaşmış Mohsen Borhani deyir ki, şəriətdə belə qayda yoxdur: “Hökumət nə qanuna əməl edir, nə də şəriətə”.
İranda ümumilikdə 141 milyon telefon nömrəsi var. Polis bütün nömrələrə mesaj göndərib. Hökumət bu işə azı 40 min dollar xərcləyib.
Sahibkarlar hicaba görə cərimə tətbiq olunmasından çox narazıdırlar. Çünki prosesə heç cür nəzarət etmək mümkün deyil.
Tarix: 21-04-2023, 11:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}