NASA UNO-ların varlığını təsdiqlədi


NASA UNO-ların varlığını təsdiqlədi 


ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) yeni açıqlaması ilə gündəmi alt-üst edib.
Cebhe.info xəbər verir ki, NASA UNO-ların mövcudluğunu təsdiqləyib. 
NASA-nın hərbi, akademik və özəl şirkətlərin rəhbərlərindən ibarət və naməlum hava obyektlərini araşdıran idarə heyəti 4 saat davam edən açıq iclas keçirib.
UNO-larla bağlı ətraflı hesabatın iyul ayı içində yayımlanacağı açıqlanıb. 
Bildirilib ki, 9 aydır davam edən araşdırmalar üçün 100 min dollardan çox vəsait ayrılıb.
Panelin sədri David Spergel yüksək keyfiyyətli məlumatlara ehtiyacın olduğunu deyib.
O, hələlik Yerdən kənarda həyatın kəşf olunmadığını da diqqətə çatdırıb:
“Biz indi bilirik ki, çoxlu planet var. Ona görə də kənarda həyat üçün çox potensial mühit var. Buna baxmayaraq, hələ Yerdən kənarda həyatı kəşf etməmişik, amma axtarırıq”.
Həmçinin, yeni UNO görüntüləri də paylaşılıb. NASA rəsmiləri dünyadan kənarda tez-tez uçan metal kürələr gördüklərini, amma onların nə olduğunu hələ də müəyyən edə bilmədiklərini bildiriblər. Bununla da, NASA UNO-ların varlığını təsdiqləyib.
Tarix: 1-06-2023, 17:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}