Şuşanın bu qəsəbəsində qanunsuz olaraq 56 erməni yaşadığı bilindi...-FOTOLAR

Şuşanın bu qəsəbəsində qanunsuz olaraq 56 erməni yaşadığı bilindi...-FOTOLAR
"Üstəlik, bu məntəqəyə 44 günlük savaşdan sonra Laçın, Qubadlı və Ağoğlandan gəlmiş alilələr yerləşdirilib..."
“Avqustun sonunda Azərbaycan hərbçiləri Rusiya hərbi kontingenti komandanlığından sözügedən qəsəbədə 10 noyabr razılaşmasına zidd olaraq qanunsuz  yerləşdirilmiş erməni “polis” postunun yığışdırılmasını tələb edib…”
 
Azərbaycan Respublikasının Şuşa rayonunun Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin də ermənilər kimi “Lısaqor” adlandırdığı Turşsu qəsəbəsində  qanunsuz olaraq  56 erməni məskunlaşıb. 44 günlük müharibədən sonra köçənlərin hamısı tədricən qəsəbəyə qayıdıb.

Moderator.az xəbər verir ki, bu, erməni mediasının qəsəbənin qeyri-qanuni “icma  rəhbəri” Qagik Nasibyana istinadla yaydığı  məlumatdan bəlli olub..
 
 
“Hakari(Qubadlı rayonu Həkəri kəndi-S.L.), Kirsavan(Laçın rayonu Köhnəkənd kəndi) və Qadrutdan(Ağoğlan) olan 3 köçkün ailə də Lısaqorda məskunlaşıb. Müharibədən sonra 8 şagirdin təhsil aldığı kənd məktəbi təmir edilib. Uşaq bağçamız yoxdur, amma kənddə bağça yaşlı 7 uşaq var. Bələdiyyə binası və ziyafət zalı mebellə təchiz olunmayıb. Təcili yardım məntəqəmiz, mədəniyyət ocağımız var. Qəsəbəyə elektrik və qaz verilir. Su problemimiz var - yeni bir mənbə tikilməlidir. Kənd yolları yaxşı vəziyyətdədir. Müharibə zamanı kəndin demək olar ki, bütün evləri qismən zədələnmişdi. Hazırda təmir işləri davam etdirilir ” –  deyə Q.Nasibyan biildirib.
 
Qeyri-qanuni erməni sakinlərin işlə təmin olunmasından danışan qanunsuz “rəhbər” müharibə bitdikdən dərhal sonra kəndə qayıdan 16 ailəyə arı pətəkləri və ev heyvanı verildiyini və bunun qəsəbədə heyvandarlığın və əkinçiliyin inkişafı üçün ilkin şərtlər yaratdığını söyləyib.
 
Xatırladaq ki, sovet dövründə - işğaldan öncə heç bir erməninin yaşamadığı Turşsu qəsəbəsi Şuşa şəhərindən hava xətti ilə təxminən 9-10 km məsafədə - Şuşa-Laçın-Gorus yolu üzərində, yəni  Rusiya hərbçilərinin nəzarət etdiyi "dəhliz"də yerləşir...  
 
Avqustun sonunda Şuşa rayonundakı Azərbaycan hərbçiləri Rusiya hərbi kontingenti komandanlığından sözügedən qəsəbədə 10 noyabr razılaşmasına zidd olaraq qanunsuz  yerləşdirilmiş erməni “polis” postunun yığışdırılmasını tələb edib(bax: //moderator.az/qarabagh/391411/azerbaycan-susanin-turssu-qesebesindeki-ermeni-postunun-yiisdirilmasini-teleb-etdi/). Nəticə haqda dəqiq məlumatımız yoxdur...
Tarix: 23-09-2021, 09:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}