Rusiya XİN Laçın dəhlizinə alternativ yolun tikintisi haqda YENİ AÇIQLAMA YAYDI...

Rusiya XİN  Laçın dəhlizinə alternativ yolun tikintisi haqda YENİ AÇIQLAMA YAYDI...
"Moskva o məqama əsaslanır ki, Laçın dəhlizi üçün yeni marşrutun razılaşdırılması məsələlərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının 6-cı bəndinin müddəalarına ciddi əməl etmək lazımdır".
 
Moderator.az xəbər verir ki,  Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin  "Novosti Armeniyi"("Ermənistan xəbərləri") - NEWS.am nəşrinin sorğusuna cavabında belə deyilir.
 
Erməni nəşrinin sualları və Rusiya XİN-in cavablarının tərcüməsini olduu kimi nəzərinizə çatdırırıq:
 
Sorğu:
 
"Noyabrın 9-da üçtərəfli bəyanata əsasən, “tərəflərin razılığı ilə yaxın üç ildə  sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingentinin yenidən yerləşdirilməsi ilə Laçın dəhlizi ilə (Dağlıq) Qarabağ və Ermənistan arasında əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun tikintisi planı müəyyən ediləcək. Qeyri-rəsmi məlumata görə, Azərbaycan Stepanakerti(Xankəndi-S.L.) Ermənistanla birləşdirən alternativ yolun tikintisinə başlayıb. İnternetin Azərbaycan seqmentində Aqari(Həkəri-S.L) çayı üzərindən körpünün tikintisinin fotosu yayılıb. Şərhlərə əsasən  körpü yeni yolun bir hissəsi olacaq. Bundan əlavə, Sünik vilayətinin(Qərbi Zəngəz-S.l)) Xndzoresk(Xınzirək-S.L.)) icmasının yaxınlığında, Azərbaycanın nəzarətinə keçən ərazidə azərbaycanlıların dayaq məntəqəsi yerləşdirdiyi və oradan bir qədər aralıda gömrük məntəqəsinin tikildiyi barədə məlumatlar da üzə çıxıb. Bəzi məlumatlara görə, yeni yol Laçın şəhəri və Aqavno(Zabux-S.L) kəndindən yan keçəcək. Rusiya tərəfi hansı məlumatlara malikdir? Azərbaycan hansı yolu çəkir? Noyabrın 9-dakı bəyanatda razılığın əldə edildiyi yeni marşrut budurmu? Əgər belədirsə, yeni marşrut xəttinin tikintisi layihəsi nə vaxt təsdiq edilib? Yeni marşrut haradan keçəcək? Berdzor(Laçın-S.L.) şəhərini və Aqavno(Zabux-S.L) kəndini nə gözləyir? Rusiya sülhməramlı qüvvələrinin yeni marşrut üzrə yenidən yerləşdirilməsi nə vaxt planlaşdırılır?"
 
Cavab: 
 
"Biz o məqama əsaslanır ki, Laçın dəhlizi üçün yeni marşrutun razılaşdırılması məsələlərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının 6-cı bəndinin müddəalarına ciddi əməl etmək lazımdır.
 
Orada nəzərdə tutulur ki, “Tərəflərin razılığı ilə yaxın üç il ərzində Laçın dəhlizi boyunca yeni marşrutun tikintisi planı müəyyən ediləcək, ardınca bu marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin yeri dəyişdiriləcək”. Müvafiq razılıq əldə olunanda bu barədə mətbuata məlumat verəcəyik".
 
Sultan Laçın

Tarix: 21-04-2022, 11:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}