Şuşadakı qurultay Xankəndidə XOF yaradıb – “Onlar Ermənistandan da köçüb gedəcəklər"


“Dünya Azərbaycanlılarının V qurultayı Xankəndidə mərkəzdənqaçma prosesinin sürətlənməsinə təkan verəcək”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Dünya Azərbaycanlılarının Şuşada başlayan V qurultayının Xankəndidəki separatçılar arasında necə qarşılandığına münasibət bildirərkən deyib: 

“Xankəndidə yaşananlar, onların qopardığı yersiz hay-küylər belə deməyə əsas verir ki, Şuşada baş tutan V qurultay erməni separatçıları arasında ciddi narahatlıq, həyəcan, təşviş yaradıb. Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyada həmin şəhərin tarixi Azərbaycan şəhəri, ölkəmizin mədəniyyət paytaxtı olduğunu nümayiş etdirdi. Bununla eyni zamanda, Şuşanı yeni ampulada təqdim edirik.
Bu möhtəşəm hadisə ilə Şuşa həm də özünü Qarabağın siyasi paytaxtı kimi də tanıdır. Şuşadakı qurultayda yeni reallıqda diasporamızın qarşısında dayanan strateji xarakterli vəzifələr müzakirə olunacaq və bir daha bəyan ediləcək.

Həmçinin, Qarabağın bərpası prosesinə Azərbaycan diasporunun imkanlı nümayəndələrinin töhfə verməsi məsələləri də təbii ki, müzakirə ediləcək.
 
Bu hadisə ilə ermənilər bir daha Azərbaycan dövlətinin gücünü, hər şeyə qadir olduğunu görür. Hələ ki, burada qondarma rejimin tör-töküntüləri mövcuddur. Onlar bu prosesi də diqqətlə işləyir. İzlədikcə də Azərbaycan dövlətinin öz gücünü nümayiş etdirdiklərini görür və belədə yuxularına haram qatılır.

Bakı bu proseslə özünün siyasi, iqtisadi, təhlükəsizliyin təmin edilməsilə bağlı hərbi gücünü də nümayiş etdirir. Xankəndidə də görürlər ki, tarixi qələbəni əldə edən Azərbaycan onu həm də beynəlxalq ictimaiyyətə qəbul etdirir və bu dünya birliyi tərəfindən də qəbul olunur. BMT ilə Azərbaycan arasında münasibətlərin qurulmasının 30 illiyilə bağlı tədbir də elə Şuşada keçirilmişdi”. 

Bütün bu proses həmsöhbətimizə görə Xankəndidə mərkəzdənqaçma prosesinin sürətlənməsinə təkan verəcək: 

“Burada mərkəzdənqaçma meylləri güclənəcək. Proses separatçılar daxilində də parçalanmanı gücləndirəcək. Bu tendensiya artıq başlayıb. Həmçinin, Xankəndidə bəzi hallarda hələ də mövcud olan “bəlkə də qaytardılar” ümidi də tam iflasa uğrayacaq. Dünya Azərbaycanlıların V qurultayından sonra Xankəndidən ermənilərin xaricə axını daha böyük vüsət alacaq. Hətta Ermənistanı tərk edən insanlar ədədi deyil, həndəsi silsilə üzrə artacaqlar”.
Tarix: 22-04-2022, 15:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}