Ağdərə ərazisində “Rus mərkəzi” açıldı...-FOTOLAR


Tərtər rayonu ərazisində “Rus mərkəzi” açıldı...-FOTOLAR
Azərbaycan Respublikasının  Ağdərə şəhərində rus dili və rus mədəniyyətinin öyrənilməsi mərkəzi açılıb. 

Moderator.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin "əməkdar pedaqoqu" Nataşa Poqosyan paylaşıb.
 
Onun sözlərinə görə, “Rus Mərkəzi” Ağdərədəki “mədəniyyət evi”ndə erməni xeyriyyəçiləin səyi ilə açılıb. Onlar lazımi tədris və maddi baza və mebel əldə etməyə kömək edib.
 
“Poqosyan əmindir ki, mərkəzin fəaliyyəti gənc nəslin rus dili, ədəbiyyatı, tarixi və mədəniyyəti üzrə biliklərini təkmilləşdirmək üçün əlavə imkan yaradacaq.
 
Əməkdar müəllim qeyd edib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağın təhlükəsizliyini təmin etdiyindən rus dilinin öyrənilməsinin əlavə stimullaşdırılması zərurətə çevrilib”- xəbərdə belə deyilir.

Xatırladaq ki, Moderator.az bu ilin yanvar ayında Tərtər rayonunun  Ağdərə şəhərində 7-14 yaşlı uşaqlar üçün iki aylıq pulsuz rus dili kursları təşkil olunması haqda məlumat yaymışdı(bax: //moderator.az/qarabagh/409711/ermeniler-terter-rayonunun-adere-seherinde-pulsuz-rus-dili-kurslari-acdi/).
 
Zəruri arayış və xatırlatma: 
 
Ağdərə — Azərbaycan Respublikasının qərbində, Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhərdir. Keçmiş Ağdərə rayonunun mərkəzidir.
 
Ağdərə XIX əsrin I yarısında Çar Rusiyasının İrandan  Azərbaycan torpaqlarına köçürdüyü ermənilərin əvvəl qonşu Qasapet kəndində yaşamış və sonradan oradan köçmüş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır.
 
Ağdərə -Qarabağ düzünü Yuxarı Qarabagla birləşdirən kecidin adıdır. Şahbuz, Şamaxı və Ordubad rayonlarında Ağdərə adları ilə mənaca eynidir.

Tərtər-İstisu avtomobil yolunun kənarındadır. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən isə Ağdərə adlanıb. 1985-ci ildə şəhər statusu alıb.1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi  keçmiş Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür. 
 
Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 nömrəli Qərarına əsasən Ağdərə rayonunun Ağdərə şəhəri və Şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir.
 
Ağdərə şəhəri – keçmiş Dağlıq Qarabağdakı bir çox ərazilər kimi  1989-1990-ci illərdən - Qarabağ müharibəsinin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Və təəssüf ki, bundan məharətlə istifadə edən Ermənistan ordusu 27 iyun 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal edib.
 
10 noyabr 2020- ci il üç tərəfli bəyanətə əsasən Ağdərə şəhəri müvəqqəti olaraq Rusiya Sülhməramlı Qüvvələrinin nəzarəti  və faktiki olaraq separatçı-terrorçu rejimin idarəçiliyi altındadır... 

Tarix: 12-05-2022, 09:38




Xəbər lenti

{sape_links}{sape_article}