Sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu?
Yeni toqquşmalar da ruslara “təmas qrupu”, ermənilərə “güzgü prinsipi” üçün əsaslar yaradılması baxımından sərfəlidir
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb: Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-da ilk görüşdən, 7-11 may tarixində ikinci görüşdən imtina edib.
Komissiyanın 16-17 may tarixində Moskvada keçiriləcəyi gözlənilən ilk görüşü də alınmayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bunu “texniki detalların razılaşdırılması” ilə əlaqələndirib və qeyd edib ki, yaxın günlərdə, yaxud həftələrdə təmaslar davam edəcək.
İrəvanın “texniki detal” bəhanəsi ilə prosesi uzatdığı, bununla “güzgü prinsipi”nin tətbiqinə - Azərbaycan Ordusunun faktiki çıxdığı sərhəd xəttindən geri çəkilməsinə nail olmaq istəyir. Bakı bundan imtina edir və ordunun mövqeyi yalnız delimitasiya prosesinə uyğun dəyişə bilər.
Bəs, Ermənistan nəyə ümid edir? Prosesin uzadılması bu sualı da ön plana çıxarır və cavabı müəyyən mənada Mariya Zaxarovanın son açıqlamasında tapmaq mümkündür.
Zaxarova bildirir ki, “sərhəddə insidentlərin qarşısını almaq üçün delimitasiya üzrə komissiyanın işə başlaması lazımdır və bu komissiyanın tərkibində “təmas qrupu” kimi etimad mexanizmləri yaradıla bilər”. Bu o deməkdir ki, Rusiya delimitasiya prosesində təkcə “konsultativ yardımla” yox, praktiki olaraq birbaşa iştirak etmək niyyətindədir. “Təmas qrupu”nun yaradılması istəyi də bundan qaynaqlanır və açıqlamalardan belə nəticə çıxır ki, Düşənbədə keçirilən Lavrov-Bayramov-Mirzoyan görüşündə müzakirə edilən məsələlərdən biri də bu olub: etimad mexanizmlərinin yaradılması – bu “təmas qrupu”, yaxud başqa formada ola bilər;
“Təmas qrupu” yaradılması ilə Rusiya sərhəd məsələsinin həllində praktiki iştirak və sərhəddə toqquşmalara müdaxilə etmək imkanı qazana bilər. Bunu keçmiş Qarabağ münaqişəsi dövründə təklif edilən “atəşkəsə nəzarət mexanizmi”nin başqa forması kimi də anlamaq mümkündür: belə bir mexanizm toqquşmaların qarşısını almaqla yanaşı, Bakının prosesi tormozlayan İrəvana qarşı mümkün məcburetmə addımlarını da məhdudlaşdıra bilər;
Və mümkündür ki, Rusiya “təmas qrupu”nun yaradılması üçün “sərhəddə sabitliyin təmin edilməsi və etimad mexanizmlərinin yaradılması” adı ilə Ermənistanın istədiyi “güzgü prinsipi”nin tətbiqindən yana mövqe sərgiləsin: bu, Azərbaycanın ordunu faktiki çıxdığı sərhəd xəttindən geri çəkməsi deməkdir; görünür, prosesi uzadan Ermənistan istəyinə nail olmaq üçün hadisələrin bu məcrada inkişafına ümid edir;
Sərhəddə mümkün yeni toqquşmalar da ruslara “təmas qrupu”, ermənilərə “güzgü prinsipi” üçün əsaslar yaradılması baxımından sərfəlidir.
Asif Nərimanlı
Tarix: 19-05-2022, 21:49
-
Bu gün, 14:43
Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq - DETALLAR
-
Bu gün, 11:42
Fransanın növbəti diplomatları qovulub - Observer Online
-
Bu gün, 11:36
“Gomas Auto” məhkəməyə verildi - 1 milyon AZN-dən çox vergi borcu var
-
Bu gün, 11:27
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Bu gün, 11:22
Rəcəb Babaşov birinci qrup gözdən əlilə zülüm edir - Bu Allahsızlıqdır, görün bizi nə günə qoyublar (VİDEO)
-
Bu gün, 11:16
Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir
-
Bu gün, 11:08
Tariyel Əkbərov təhqir olunan müəllimi işdən azad etdi
-
Bu gün, 10:46
"Həkim komissiyası və komissarın iş birliyi"- NARAZILIQ
-
Bu gün, 07:47
İmtahan günü peyda olub, "pul qıran" əmanət köşkü... - DİM deyir ki, "bizə heç bir aidiyyəti yoxdur"
-
Bu gün, 07:39
"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"
-
Dünən, 23:36
Meclis.info platformasının rəhbəri saxlanılıb
-
Dünən, 22:09
Üç rayonda ağaclar qanunsuz kəsilib, təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Dünən, 22:08
Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar
-
Dünən, 22:06
Yemək və içki həvəskarları üçün Avropanın ən yaxşı şəhərləri (SİYAHI)
-
Dünən, 22:04
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi
-
Dünən, 22:02
Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?
-
Dünən, 21:58
Sühməramlılarının Qarabağdan getməsinə qarşı tənqid: - ABŞ yersiz ittihamlar irəli sürür
-
Dünən, 21:56
YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?
-
Dünən, 21:54
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında - TƏFƏRRÜAT
-
Dünən, 21:49
Həbs gördü... hələ də qanun tanımır... MƏHKƏMƏSƏ QƏRAR VERİB! - GƏLİŞMƏ
-
Dünən, 21:47
Deputata məxsus olduğu deyilən şirkətə qarşı yenidən inzibati iş başlandı
-
Dünən, 21:43
Cəlilabadda məmur şəhid dayısını məhkəməyə verdi-5 min təzminat istəyir
-
Dünən, 14:09
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
Dünən, 14:07
"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"
-
Dünən, 13:43
Qarabağın yenidən inşasına HARAM QATANLAR... - AXI NİYƏ?
-
Dünən, 13:41
İsrailə dəstək, Ukraynaya vəd - Ədalət...?
-
Dünən, 13:39
“Azpetrol” cərimələndi
-
Dünən, 13:36
"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı
-
Dünən, 13:17
285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT
-
Dünən, 13:15
“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ
{sape_links}{sape_article}