Şarl Mişeldən üçtərəfli görüş barədə mətbuata AÇIQLAMA
“Liderlər gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər”
“Bu gün mən yenidən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etdim. Bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazdakı vəziyyətə və Avropa İttifaqının hər iki ölkə ilə, eləcə də bütövlükdə regionla əlaqələrinin inkişafına diqqət yetirdik”.
AYNA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyilir.
“Müzakirə səmimi və məhsuldar keçdi. Biz məsələlərin bütün spektrini nəzərdən keçirdik. Biz humanitar məsələləri, o cümlədən minalardan təmizləmə və itkin düşənlərin taleyinin həllini ətraflı müzakirə etdik”-deyə, məlumatda qeyd olunur.
“Aşağıdakı nəticələrə nail olduq:
Sərhəd məsələləri
Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək.
Kommunikasiyaların açılması
Liderlər nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar Azərbaycanın qərb hissəsi və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsipləri razılaşdırıblar. Xüsusilə, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə razılığa gəliblər. Yaxın günlərdə Baş nazirin müavinləri bu işi davam etdirəcəklər.
Sülh müqaviləsi
Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandalar bu prosesi irəli aparacaq.
Sosial-iqtisadi inkişaf
Aİ hər tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini təşviq edəcək. Mən əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım. Aİ dəstəyini gücləndirməyə hazırdır.
Biz yaxın təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik. Təşəkkürlər”, - deyə, bəyanatda vurğulanıb.
Tarix: 23-05-2022, 08:30
-
Bu gün, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Bu gün, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Bu gün, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
Dünən, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Dünən, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
Dünən, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
Dünən, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
Dünən, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
Dünən, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
Dünən, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
Dünən, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
Dünən, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
-
Dünən, 09:56
“Tərbiyəsizlik özünə dövlətdən ikinci evi istəməkdir” - Taleh Yüzbəyovdan Xalq artistlərinə CAVAB
-
Dünən, 09:54
İntihar edən professorun şəxsi həyatı ilə bağlı İLGİNC MƏQAMLAR -VİDEO
-
Dünən, 09:53
Hədəfdə Azərbaycandırsa... - SAVAŞACAĞIQ!!!
-
Dünən, 09:52
Ağ Evdən Kremlə qarşı YENİ HƏMLƏ – Çin və Hindistan Rusiyadan ÜZ ÇEVİRİR?
-
Dünən, 09:50
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur – Yeni faktlar
-
Dünən, 09:49
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
-
Dünən, 09:49
Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...
-
Dünən, 09:48
Keçmiş başçının hospitalından şikayət – Pasientlə “Rela Hospital” arasında nə baş verib?
-
Dünən, 09:48
Narkotik və oğurluq cinayətləri “dəbdədir” - səbəblər
-
Dünən, 09:43
Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət...VİDEO
-
Dünən, 09:40
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
-
Dünən, 09:37
“Rəis dedi ki, heç bir məmur qanunsuz olaraq kiminsə evini sökə bilməz”
-
Dünən, 09:34
Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!
-
Dünən, 09:33
Büdcəyə yenidən baxılacaq?
-
Dünən, 09:31
İvanovun cinayəti və ya “sağ əli” Şoyqunu “bitirdi” - Rüşvət, yoxsa dövlətə xəyanət?
-
24-04-2024, 23:24
Qonşu ölkə panikada: Rəsmən Rusiya ilə savaş hazırlığı başladı
-
24-04-2024, 23:02
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO
-
24-04-2024, 22:49
Uşaq bağçasında mənimsəmə – Cinayət işi açıldı
{sape_links}{sape_article}