"Sərhədimizdə baş verənlər vecimə də deyil" - Erməni general


"Sərhədimizdə baş verənlər vecimə də deyil"
Ermənistan ordusunun baş qərargah rəisi Artak Davtyan yerli medianın tənqidinə tuş gəlib. xəbər verir ki, general gözlənilmədən ölkəsində baş verən hərbi hadisələri vecinə almadığını deyib.
“İravunk” qəzetinin yaydığı məlumata görə, jurnalist generala zəng edərək ondan sərhəddə baş verən son hadisələrlə bağlı fikirlərini öyrənmək istəyib. Artak Davtyan isə əsəbi şəkildə cavab verib ki, "Vəziyyətdən xəbərim yoxdur. Heç vecimə deyil, hələlik, şərh verməyəcəyəm!".

"Barəsində cinayət işi başlandıqdan sonra vəzifəsindən azad edilən sabiq baş qərargah rəisi elementar sualımıza belə aqressiv cavab verdi. Ən pisi də odur ki, sən demə indi bilmişik ki, bizim belə baş qərargah rəisimiz olubmuş. Sonra müharibəni uduzmağımıza təəccüblənirik”, - nəşr yazıb.

AzVision.az
Tarix: 5-10-2022, 14:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}