Sərhəd missiyasının fəaliyyəti müəmmalı ab-hava yaradıb - NƏ BAŞ VERİR?

Sərhəd missiyasının fəaliyyəti müəmmalı ab-hava yaradıb
Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədilə Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik ekspert qrupu ətrafında müzakirələr genişlənməkdədir. Avropa İttifaqının təşəbbüsü, Fransa və Ermənistanın cəhdləri ilə ortaya atılmış "beynəlxalq missiya" ilə bağlı gözləntilər heç də birmənalı deyil.

Siam.az bildirir ki, Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti isə bütünlüklə beynəlxalq missiyaların əleyhinə mövqe sərgiləyir. Hesab edilir ki, Fransa kimi qərəzli ölkələrin təmsil olunduğu hər hansı missiya eyniylə Minsk Qrupu rolunu oynayacaq. Monitorinq missiyasının müvəqqəti xarakter daşıyacağı, prinsipcə, iki aydan çox davam etməyəcəyi vurğulansa da, müşahidəçilərin sayının açıqlanan rəqəmdən daha çox, həm də hərbçilərdən ibarət olacağı iddia edilir.

Politoloq İlqar Vəlizadə "Şərq"ə açıqlamasında bildirib ki, həqiqətən missiyanın fəaliyyəti ilə bağlı müəmmalı ab-hava yaranıb. Ekspert vurğulayıb ki, monitorinq qrupunun konkret hansı işlərlə məşğul olacağı, daha doğrusu, obyektiv mövqedə dayanacağı böyük şübhə doğurur:

"Aydındır ki, beynəlxalq missiya bütün fəaliyyətini birbaşa Ermənistan tərəfi ilə əlaqələndirir. Avropa İttifaqının 40 nəfərlik ekspert qrupu Ermənistanın Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində görüşlər keçiriblər və missiyanın funksionallığı müəyyən olunub. Əgər sərhədə gələn beynəlxalq missiyanın "funksionallığı" müzakirə olunursa, deməli, onların bütün fəaliyyəti Azərbaycan əleyhinə yönələcək. Yəni missiya İrəvanın istəyi ilə çalışacaq. Təbii ki, belə bir missiya obyektiv və ədalətli monitorinq təşkil edə bilməz. Ermənistan rəhbərliyi özü açıq formada deyir ki, missiyanın məqsədi Azərbaycanın "erməni torpaqlarını işğal etməsi" faktını araşdırmaq və təsdiqləməkdir. İrəvan çalışır ki, bu metodla Azərbaycana təzyiq göstərilməsinə nail olsun. Əgər yeni missiya Ermənistanın əlində vasitəyə çevriləcəksə, təbii ki, onun "ölmüş" Minsk Qrupu ilə heç bir fərqi olmayacaq. Keçmiş həmsədrlərin də məqsədi münaqişəni saxlamaq idi".
Tarix: 20-10-2022, 14:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}