“Azərbaycan Laçın dəhlizini bağlamağa hazırlaşır” – Paşinyanın xüsusi səfiri



“Azərbaycan Laçın dəhlizi üzərində nəzarəti tam ələ almaq üçün əsas yaratmağa çalışır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan erməni mediasına müsahibəsində bildirib.
Xatırladaq ki, Azərbaycan XİN noyabrın 24-də bəyan edib ki, avqust ayından bəri Azərbaycan və Ermənistan sərhədinin Kəlbəcər və Laçından keçən sektorunda 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar aşkar edilib.
Rəsmi Bakının bildirdiyinə görə bu, Ermənistanın Laçın dəhlizindən qanunsuz hərbi məqədlər üçün istifadə etdiyini göstərir. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan bu qanunsuz fəaliyyətin qarşısını alacaq.
Edmon Marukyan həyasızcasına iddia edib ki, Bakının bu bəyanatları aydın məqsəd güdür: “Bu nə üçün edilir? Bunu yalnız bir şeyə görə edirlər – onlar Laçın dəhlizi üzərində nəzarətə nail olmağa cəhd göstərirlər...”

O, lideri Paşinyan kimi özünü gülünc vəziiyyətə salaraq bildierib ki, guya bu minaları Azərbaycan sentyabr döyüşləırindən sonra sərhəddə nəzarətə götürdüyü ərazilərdən çıxarıb: “Biz bunu bütün beynəlxalq partnyorlarımıza bildirmişik”.
Marukyanöz sarsaq “iddialarını” əsaslandırmaq üçün minaların gec tapılmasını göstərib.
“Əgər onlar bu ərazi üzərində nəzarəti avqust ayında ələ alıblarsa, minaları niyə indi, noyabrda tapıblar...” –deyə, bildirib.
“Bununla da demək istəyiblər ki, “baxın Laçın dəhlizindən sursatın daşınması üçün istifadə olunur”- deyə,əlavə olunub.
Ancaq bu zaman Azərbaycanın əlində konkret faktların olduğunu unudub.
Xatırladaq ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti başçısının müavini Ceyhun Şadlinski demişdi ki, Rusiya sülhməramlılarının dislokasiya olunduğu əraziyə silah daşınmasına və yeni hərbi təxribatlara hazırlıq görüldüyünə dair faktlar var.
Azərbaycan tərəfi minalanmış əraziyə Rusiya sülhməramlı kontingentinin komandanını və xarici ölkələrin hərbi attaşelərini dəvət etmişdi.
Qeyd edək ki, tapılan minalar 2021-ci ildə istehsal olunub və onun Azərbaycan ərazilərinə yerləşdirilməsi də bu tarixdən sonraya təsadüf edir. Azərbaycanın təqdim etdiyi tutarlı fakt Rusiya sülhməramlıları və Rusiya-Türkiyə montitorinq qrupu tərəfindən də təsdiqlənib. Marukyanın dedikləri isə yalnız özünü uğursuz müdafiə cəhdindən başqa bir şey deyil.
Tarix: 28-11-2022, 22:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}