Separatçılar Xocavənddə 2 terrorçu komandirin yubileyi münasibətilə konsert keçirdi...-VİDEO

Separatçılar Xocavənddə 2 terrorçu komandirin yubileyi münasibətilə konsert keçirdi...-VİDEO
Allah hər ikisinə lənət eləsin!..
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti(!) yerləşdirilmiş Rusiya "sülhməramlı"larının himayəsinə sığınmış separatçı hayklar Xocavənd rayonunun işğal altında qalan mərkəzində - Xocavənd şəhərində növbəti konsert təşkil ediblər.
 
Moderator.az xəbər verir ki, "Armeniatoday"in yazdığına görə, ötən bazar günü təşkil edilmiş üzdəniraq konsert beynəlxalq miqyaslı terrorçu Monte Melkonyan və digər separatçı-terrorçu komandir Leonid Azqaldyanın yubileylərinə həsr olunub.
 
Bu haqda   məlumat paylaşan qondarma "dövlət naziri" Ruben Vardanyanın müşaviri Artak Beqlaryan öz teleqram-kanalında “Dünən Martunidə bayram idi” yazıb və «Move to Artsakh»( “Artsaxa köç”) təşəbbüsünün təşkil etdiyi bayramda iştirak edənlərin hamısına təşəkkür edib. 
 
Zəruri arayış:
 
Hər iki terrorçu və işğalçı xislətli komandir Qarabağın Ermənistana birləşdirilməsinin tərəfdarları olub...
 
Monte Melkonyan haqda yetərincə məlumat verilib...
 
Leonid Azqaldyan da 1988-ci ildən separatçı Qarabağ hərəkatının liderlərindən biri olub. 1990-cı ilin fevralından “Ermənistanın və Qarabağın bir sıra rayonlarının müdafiəsini planlaşdırıb və təşkil edib". 1991-ci ildə Hovsep Hovsepyanla birlikdə  "Qarabağın erməni əhalisini qorumaq" adı altında azərbaycanlı əhaliyə divan tutmaq və ərazilərimizi işğal etmək üçün nəzərdə tutulmuş hərbi təşkilat olan "Azadlıq ordusu"nu qurub...
 
Allah hər ikisinə lənət eləsin!..

 

Tarix: 30-11-2022, 08:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}