Qarabağda hərbi baza yaratmaq istəyirlər? - Elxan Şahinoğlunun ŞƏRHİ


 
“Azərbaycanın dövlət orqanları nümayəndələrinin, jurnalistlərin Ermənistanı Qarabağa birləşdirən yola çıxmaları, suallar vermələri, monitorinq aparmaları erməni separatçılarını ciddi narahat edib. İki il ərzində əvvəlcə Laçın dəhlizindən, daha sonra yeni yoldan rahat istifadə edirdilər”.
Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Araik Arutyunyanın Rusiya sülhməramlılarının ailələrinin Qarabağa köçürülməsi ilə bağlı açıqlamasını şərh edərkən bildirib.
“Ermənilər anlayıblar ki, rahat həyatın sonu gəlib. Azərbaycan buna seyrçi qalmayacaq. Sərhəddə postlarımız qurula bilər. Bunun qarşısını almaq məqsədilə əvvəlcə azərbaycanlıların buraxılmaması üçün Rusiyaya yalvardılar. Daha sonra Araik Arutyunyan Parisdə belə bir təklif irəli sürdü ki, yol ilə bağlı beynəlxalq nəzarət olsun. İndi də sülhməramlı kontingentin ailələrinin köçürülməsi ilə bağlı təklif verib. 3 ildən sonra sülhməramlı kontingent Azərbaycan ərazisini tərk etməlidir. Arutyunyan bunun qarşısını almağa çalışır, hətta hərbi bazanın yaradılmasını istəyir. Azərbaycan buna yol verə bilməz. 3 ili gözləmədən bu yolda nəzarətimiz güclənməlidir. Prezident İlham Əliyev də aylar öncə demişdi ki, hərbçilərimiz o yola daxil olub istənilən an şübhəli avtomobilləri yoxlaya bilərlər. Gömrük-nəzarət postu mütləq qurulmalıdır. Bu, 9 noyabr bəyanatına zidd deyil”, - politoloq qeyd edib.
Tarix: 9-12-2022, 16:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}