Müqavilə, yoxsa müharibə? - Paşinyan erməniləri nəyə hazırlayır?
Bölgədə gərginliyin davam etməsinə baxmayaraq, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına dair ümidverici bəyanatlar səslənir.
Hətta hər iki tərəfin konkret təkliflər paketi üzərində müzakirələr aparması sülhə nail olunması istiqamətində dekabr ayının sonuna qədər addımlar atılacağını deməyə əsas verir. Lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın parlamentdəki çıxışı kifayət qədər paradoksal olub. Bu isə sülhün əldə olunacağına mane olan problemlərin hələ aradan qalxmadığını göstərir. Aratam Mirzoyan bir tərəfdən ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasından söz açsa da, Azərbaycanla Ermənistanın mövqelərinin bir-birindən çox uzaq olduğunu deyib.
“Ermənistan və Azərbaycan liderləri arasında yeni görüşlə bağlı razılıq yoxdur”,- Ararat Mirzoyan Ermənistan Milli Məclisindəki çıxışı zamanı belə deyib. Eyni zamanda, Mirzoyan yaxın vaxtlarda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşəcəyini istisna etməyib. O, görüşün harada, nə vaxt, Qərbin və ya Rusiyanın vasitəçiliyi ilə keçiriləcəyini dəqiqləşdirməyib:“Hazırda görüş təyin olunmayıb. Amma güman edirəm ki, ilin sonuna qədər daha bir görüşümüz olacaq”.
Parlamentin spikeri Alen Simonyan isə Nikol Paşinyanla İlham Əliyev arasında görüşün mümkünlüyünü istisna etməyib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, iki lider ilin sonunda Sankt-Peterburqda görüşə bilər. Azərbaycanla sülh sazişinin sənədi ilin sonundan tez hazır olacaq. Mirzoyan vurğulayıb ki, Təhlükəsizlik Şurası katibinin bundan əvvəl Azərbaycanla ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətində olduqları barədə bəyanatı bu niyyət çərçivəsindədir.
“Təəssüf ki, bir çox məsələlərdə tərəflərin yanaşmaları hələ də bir-birindən çox uzaqdır”,-deyə Ermənistanın xarici işlər naziri bəyan edib. Bakı növbəti sülh müqaviləsi ilə bağlı Ermənistana təkliflər verib.
Mirzoyan əvvəlki təkliflərin necə redaktə olunduğunu açıqlamayıb. Tərəflərin yanaşmaları üst-üstə düşmür, müzakirələr davam edir:“Bu səbəbdən danışıqlar uzaq mövqelər arasında ümumi dil tapmaq üçün aparılır”.
Göründüyü kimi, Mirzoyanın açıqlamasında sülh prosesi ilə bağlı bir-birinə zidd olan kifayət qədər məqamlar var. DİA.AZ-ın məlumatına görə, bu səbəbdən, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cümhuriyət”ə bildirib ki, yaxın perspektivdə sülh müqaviləsi gözlənilmir.
“İrəli sürülən şərtlərdən hiss olunur ki, fundamental prinsiplərlə bağlı tərəflərin mövqeyi çox fərqlənir.Yəni münaqişəyə son qoyulur, Ermənistan birmənalı şəkildə Azərbaycanın dövlət sərhədlərini tanıyır və ya delimitasiyaya razılıq verir. Ya da Ermənistan hansısa şərtlər irəli sürməklə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınması, xüsusilə də bir-birinin daxili işlərinə qarışmamaq prinsipini şərtlərini qəbul etmir. Demək olar ki, biz Ermənistanın köhnə mövqeyinin bərpası ilə qarşılaşırıq. Yəni Ermənistan özünü Azərbaycana ərazi iddiası olmayan tərəf kimi təqdim edir, amma Qarabağ Azərbaycanın tərkibində olmur və onun statusu müəyyən edilir. Əslində, Ermənistan Azərbaycan ərazilərinin işğalında və etnik təmizləmələrdə birbaşa iştirak edirdi. Bu baxımdan, real nəticə gözləmək olmaz. Çünki bu, prinsipial məsələdir. Onu da xatırlayaq ki, münaqişənin başlanması Fransadan qaynaqlanıb. 1987-ci ildə akademik Aqanbekyan “Humanite” qəzetinə müsahibəsində bildirmişdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistana verilməlidir.
Bütün proseslər də bundan sonra başlayıb. Fransanın hazırkı bəyanatlarına nəzər salarkən, münaqişənin haradan başlandığını görmək olar. Amma mövcud vəziyyətin təhlili göstərir ki, Paşinyan postkonflikt dövrü üçün yaxın qonşuluq və mehriban dostluq prinsipini deyil, münaqişənin davamını seçib. Hesab edirəm ki, çox ağır məğlubiyyətdən sonra Paşinyan sülhə doğru addımlar atmağı düşünürdü. Ancaq zaman keçdikcə gördük ki, həm daxili müxalifətin təzyiqi, həm də xarici qüvvələri təsiri ilə Ermənistanın Baş naziri bu kursunu dəyişib. Yəni Paşinyan bu kursu seçməklə özünün siyasi mövcudluğunu təhlükədən qoruyub saxlamağa çalışır. O, vaxt uzatmaqla bununla məşğul olmaq imkanı qazanmaq istəyir. Real siyasətçi başa düşür ki, Ermənistanın revanş üçün imkanı yoxdur”.
Qeyd edək ki, sülh müqaviləsinin mətni ilə bağlı digər mübahisəli məqam Azərbaycanın bunu “təklif”, Ermənistanın “cavab” adlandırmasıdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh danışıqlarının üçüncü raundu üzrə təkliflərin Ermənistana təqdim edildiyini bildirib. Rəsmi İrəvan isə Ermənistanın təkliflərinə Azərbaycanın cavab verdiyini bəyan edib. Yəni Paşinyanın hökumətinin verdiyi təkliflərin məzmunu açıqlanmır.
Tofiq Zülfüqarovun sözlərinə görə, rəsmi Bakının əsas istəyi Azərbaycanın daxili işlərinə müdaxilə və ilhaq siyasətinə Ermənistanın son qoymasından ibarətdir:
“Əgərə tərəflər razılığa gələ bilməsə, o zaman mətnləri bir-birinə qoşub yazırlar ki, hər kəs istədiyi kimi başa düşür. Məsələn, Alma-Ata Bəyannaməsini yada salmaqla guya ki, hansısa xətti əsas kimi qəbul edəcəkdilər. Amma indi həm Azərbaycanın, həm də Ermənistanın açıqlamaları göstərir ki, bunu istənilən kimi yozmaq olar. Bu baxımdan, bu məsələni gündəmə gətirmək heç bir nəticə verməyib. Bu prinsiplər çoxdan mövcud idi və hər bir tərəf özü maraqlarına uyğun şərh edir. Yeni hazırlanacaq mətnin də taleyi belə olacaq. Amma ola bilsin ki, Paşinyan hakimiyyəti Ermənistan ictimaiyyətini yavaş-yavaş sülhü qəbul etməyə hazırlayır. Müəyyən müddətdən sonra Ermənistan cəmiyyəti real vəziyyəti dərk edib sülhün şərtlərini qəbul edə bilər. Çünki onlar 30 ildir fərqli mühitdə yaşayıb, fərli düşünüblər. Yəni bu da ola bilər. Lakin hazırkı ziddiyyətli bəyanatlar göstərir ki, Ermənistan tərəfdə məntiqli mövqe ya formalaşmayıb, ya da onların bunu elan etməyə siyasi iradələri çatmır”.
Tarix: 9-12-2022, 22:08
-
Dünən, 18:13
PARLAMENTDƏKİ BİZNESMEN-DEPUTAT BOLLUĞU... - Yeni Milli Məclisdə də onlara ehtiyac olacaqmı?
-
Dünən, 15:31
Bakının bu qəsəbəsində zibili hələdə "Uzunqulaq"la daşıyırlar?-VİDEO
-
Dünən, 15:11
Keçmiş işçiləri "Araz Supermarket"i məhkəməyə verdilər - Əmək haqqı tələbi
-
Dünən, 15:02
Davranış qaydalarını pozan məktəb direktoru işdən QOVULDU
-
Dünən, 14:56
“Azərbaycanda əməkhaqqı artımı yox, daha çox gizli ödənişin azaldılması prosesi getdi”
-
Dünən, 14:46
Bakı-Tehran arasında son durum: Rəisinin ölümü nəyi dəyişə bilər?
-
Dünən, 14:42
Gəncə Dövlət Universitetində yoxlama başlayıb
-
Dünən, 11:17
MİQ və problemlər...
-
Dünən, 11:12
Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video
-
Dünən, 09:32
Rəisi Təbrizdə DƏFN EDİLMƏYƏCƏK - Yer və tarix dəqiqləşdi
-
Dünən, 08:55
Yağlıvənd faciəsindən bəhs edən film çəkilb
-
Dünən, 08:47
Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...
-
Dünən, 08:45
DEV CÜSSƏLI, UŞAQ QƏLBLI DEV JURNALIST
-
Dünən, 08:44
" `Azercell` kimi cibgir bir özüdür..." - NARAZILIQ VAR...
-
Dünən, 08:44
Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT
-
Dünən, 08:44
Kəmaləddin Heydərov xanım idarə rəisini işdən çıxardı - ƏMR
-
Dünən, 08:43
Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı - SİYAHI
-
Dünən, 08:43
Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! - SƏBƏB İSƏ...
-
Dünən, 08:43
«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT
-
Dünən, 08:43
Kredit götürən şəxs həlak oldu, bank onun qohumlarını... – Deputatdan açıqlama
-
Dünən, 08:42
Əmlak Məsələləri Dövlət Xidməti “Rahatlığın Məkanı-Gold” MTK-nı məhkəməyə verdi
-
20-05-2024, 23:04
“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – Video
-
20-05-2024, 22:59
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
20-05-2024, 22:27
Azərbaycanda məktəbdə ÖZBAŞINALIQ: Direktor məktəbi diskotekaya çevirib - VIDEO
-
20-05-2024, 22:21
YALTAQLIQ - Eldəniz Quliyev yazır
-
20-05-2024, 22:12
Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?
-
20-05-2024, 18:42
Xızıda özbaşınalıq edən məmur KİMDİR? - GİLEY
-
20-05-2024, 18:40
QAZAX: SALLAQXANADA ƏVVƏL HEYVANI KƏSIR, SONRA CƏMDƏYINI “MÜAYINƏ” EDIRLƏR
-
20-05-2024, 18:38
İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir...
-
20-05-2024, 18:36
Keyfiyyət yox, məbləğ YÜKSƏKDİR: - Otellərində qiymətlər niyə bahadır?
{sape_links}{sape_article}