Rusiya sülhməramlılarının ermənilərlə birgə növbəti təxribatı- Azərbaycanlı heyətin monitorinqi BAŞ TUTMADI- DETALLAR


 
Rusiyalı sülhməramlıları sülhdən başqa hər şeylə məşğul olmağa davam edirlər. Onların son zamanlar ermənilərlə birlikdə ard-arda təxribatçı əməllərə yol verdikləri diqqətdən yayınmır.
Ekspertlər bildirirlər ki, bu cür davranışla sülhməramlılar 5 ilə deyil, daha tez müddətə Azərbaycan torpaqlarını tərk etməli olacaqlar. Onlar bir növ təxribat dalınca təxribata imza atmaqla limitlərini, azərbaycanlıların səbir kəsasını doldurmaqla məşğuldurlar.
Görünən budur ki, sülhməramlılar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Heç buna cəhd də etmirlər. Hər halda, ötən həftə 14 iranlı ilə bağlı  Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun  anlaşılmaz açıqlamasını çoxumuz eşitdik. Volkov bu açıqlaması ilə göstərdi ki, sülhməramlılar ərazimizdə nəyinki sülhü təmin etmək gücündə deyil, heç məsul olduqları postu da qoruya bilmirlər (ya da bunu etmək istəmirlər)...
373c094e-311d-3032-bb77-152a72095a8c_850.jpg (103 KB)
Musavat.com xəbər verir ki, son məlumatlara görə, Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb.
Öncə yada salaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq dekabrın 10-da sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinqə başlamaq haqda razılıq əldə olunmuşdu. Ancaq təxribatlar bu prosesin də doğru-düzgün axıra çatmasına imkan vermədi.

Belə ki, heyət Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər.

Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərlə qarşılaşıblar.

Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti təbii ki, Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və haqlı olaraq, Şuşa şəhərinə qayıtmağı lazım bilib.

 
Təbii ki, burada heç bir təsadüf yoxdur və bütün bunlar planlı şəkildə həyata keçirilir. Baş rolda isə yenə də Rusiya sülhməramlılarıdır.

Ekspertlər belə dəyərləndirirlər ki, baş vermiş təxribat Azərbaycan tərəfinin monitorinqinə imkan verməmək üçün əraziyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları ilə Ruben Vardanyan arasında qurulmuş ssenaridir.


Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamalı idi.
Tarix: 10-12-2022, 22:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}