"Laçın dəhlizinin bir neçə saatlıq bağlanması geri dönməz nəticələrə səbəb ola bilər" - Stepanyan

“Laçın dəhlizinin bir neçə saatlıq bağlanması geri dönməz humanitar nəticələrə səbəb ola bilər”.
Bunu Qarabağdakı qondarma qurumun “ombudsman”ı Qeqam Stepanyan deyib.
“İndi Azərbaycan fəal şəkildə Laçın dəhlizini bağlamağa çalışır. Bu, Qarabağı xarici dünya ilə birləşdirən yeganə yoldur. Laçın dəhlizinin bir neçə saatlıq da olsa bağlanması geri dönməz humanitar nəticələrlə doludur.
Qarabağ xalqı bütün hüquqlara layiqdir. Beynəlxalq aləmə müraciət edirəm ki, yeni “soyqırım”ın qarşısını almaq və xalqımın hüquqlarını qorumaq üçün hərəkətə keçsinlər. Mövcud sübutlar beynəlxalq mexanizmləri işə salmaq üçün kifayət qədərdir. Bu, bir və ya bir neçə aktorun deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir. Mən sizdən qərəzsizlik və cəsarət gözləyirəm”, – deyə Stepanyan şikayətlənib. \\KONKRET.az
Tarix: 11-12-2022, 16:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}