"Sabah azərbaycanlılar bütün Zəngəzuru və Göyçəni almaq istəyəcəklər" - Ovannisyan


“Sabah azərbaycanlılar bütün Zəngəzuru və Göyçəni almaq istəyəcəklər”.
Bunu “Alternativ layihələr” qrupunun eksperti, politoloq Vahe Ovannisyan erməni mediasına müsahibəsində deyib.
“Əgər Azərbaycan Qarabağ mövzusunu həzm etsə, o zaman həmin ekoloji fəalların köməyi ilə bütün Zəngəzur bölgəsini ələ keçirmək istəyəcək.
Bir gün 500 azərbaycanlı ekoloq gəlib deyəcək ki, Amulsarda və Kacaran zavodunda ekoloji fəlakət var. Unutmaq olmaz ki, Qafanın üstündə bütövlükdə Azərbaycan mövqeləri var.
Azərbaycan təkcə yolu deyil, bütün Zəngəzur və Göyçəni istəyir.
Azərbaycan 30 il susdu”, – Ovannisyan deyib.
O bildirib ki, Ermənistanın resursları var, sadəcə onları hesablamaq lazımdır. \\KONKRET.az
Tarix: 17-12-2022, 08:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}