“Azərbaycan Ermənistandan istədiyini güc yolu ilə alacaq” - Beynəlxalq Böhran Qrupu

“Azərbaycan Ermənistandan istədiyini güc yolu ilə alacaq”
Beynəlxalq Böhran Qrupu Qarabağ məsələsi, Azərbaycan-Ermənistan münasibətləri, habelə qarşıda gözlənilən risklərlə bağlı məqalə ilə çıxış edib. Siam.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, qrup analitik məqaləsində iddia edib ki, Qarabağ uğrunda apardıqları son müharibədən iki il sonra Ermənistan və Azərbaycan sanki yeni qarşıdurmaya doğru irəliləyirlər.

Onların rəyinə görə, Rusiyanın Ukraynadakı uğursuzluqları regiondakı hesablamaları alt-üst edib. “Yeni müharibə daha qısa, lakin 2020-ci ildəki altı həftəlik münaqişədən az dramatik olmayacaq. O vaxtdan balans daha da Azərbaycanın xeyrinə dəyişdi. Ənənəvi silah alverçisi olan Rusiyanın təchizat çatışmazlığı səbəbindən Ermənistan ordusu qoşunlarını və silah-sursatını artırmayıb. Azərbaycan isə əksinə, güclənir. Onun ordusu Ermənistan ordusundan bir neçə dəfə böyükdür, daha yaxşı təchiz olunub və Türkiyənin dəstəyini alır. Avropanın Azərbaycan qazına artan tələbatı da Bakını ruhlandırır”.

Hesabatda xüsusilə qeyd olunur ki, 2020-ci ildə əldə olunan atəşkəsdən sonra Rusiya Qarabağda sülhməramlılar yerləşdirib, həmçinin Ermənistan-Azərbaycan sərhədinin 44 günlük müharibədən sonra yeni cəbhə xəttinə çevrilmiş həmin hissələrində öz sərhəd qüvvələrini və hərbi heyətini gücləndirib. “İdeya ondan ibarət idi ki, hətta kiçik rus kontingenti belə Ermənistana hücumların qarşısını alacaq, çünki Bakı Moskvadan ehtiyat edəcək”.

Lakin Ukraynadakı müharibədən sonra bu hesablamalar baş tutmadı. “Rusiya qüvvələri keçən il bir neçə cəhdin qarşısını ala bilmədi. Mart və avqust aylarında Azərbaycan qoşunları Qarabağda yeni əraziləri, o cümlədən strateji yüksəkliklərə sahiblənib. Sentyabrda isə Azərbaycan hərbçiləri Ermənistan ərazisinə belə daxil olmağı bacarıb”.

Qrupun ekspertləri bildirirlər ki, Ukrayna müharibəsi Ermənistan-Azərbaycan danışıqlarına kölgə salıb. Onların sözlərinə görə, ötən ilin sonunda Moskva Aİ-nin petisiyasını Rusiyanın sülhməramlı missiyasını gücləndirəcəyinə ümid edərək qəbul edib. Bununla belə, Ukraynada müharibə başlayandan bəri Moskva Brüsselin vasitəçiliyini Rusiyanın təsirini cilovlamaq üçün növbəti cəhd kimi görür və Qərb paytaxtları onları nə qədər inandırmağa çalışsalar da, Kreml müdaxilə etməkdən imtina edir. “Nəticədə iki saziş layihəsi dövriyyəyə buraxılır. Biri Rusiya tərəfindən, digəri isə Qərbin dəstəyi ilə Ermənistan və Azərbaycan tərəfindən hazırlanıb. Sənədlərin hər biri rabitə və ticarət kanallarının bərpasına və Ermənistan-Azərbaycan sərhədinin sabitləşdirilməsinə aiddir. Qarabağ erməniləri isə hələ başlamamış prosesdən kənarda qoyulub. Qərbin dəstəklədiyi Ermənistan-Azərbaycan layihəsi yəqin ki, daha perspektivlidir, ona görə ki, o, hər iki tərəfin razılığı ilə hazırlanıb”.

Ekspertlər hesab edirlər ki, bunun baş verəcəyi təqdirdə Moskvanın necə reaksiya verəcəyinin bəlli deyil. “Digər tərəfdən, tərəflər birgə layihə hazırlamağa çalışsalar da, yanaşmaları hələ də bir-birindən çox uzaqdır. Bütün kartlar Bakının əlindədir və Azərbaycan mümkün sövdələşmədən, xüsusən də hərbi və xarici siyasət baxımından bu məqsədlərə hərbi yolla nail olmağa çalışmasından daha çox faydalanacaq”.

BBQ hesabatında qeyd edir ki, danışıqların heç nəyə gətirib çıxarmayacağı, nəticə verməyəcəyi və ya növbəti hərbi münaqişəyə səbəb olacağı təqdirdə, bu, həm Moskvanın, həm də Qərbin hazırladığı planların və cəhdlərin əbəs olacağına səbəb olacaq. “Azərbaycan isə güc yolu ilə istədiyini alacaq”.
Tarix: 3-01-2023, 21:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}