“Biz ruslarla birləşməliyik- əsas müttəfiqimiz onlardır...”-Kəlbəcərin kəndindəki erməni...

“Biz ruslarla birləşməliyik- əsas müttəfiqimiz onlardır...”-Kəlbəcərin kəndindəki erməni...
“Ruslar bizi qorumalıdır ki, biz də  müqavimət göstərə bilək...”
 
Separatçı məmur və "deputat"lar Azərbaycan torpağındakı haykları anti-Rusiya hərəkətlərindən; istər hər hansı etiraz aksiyalarından, istərsə də sosial şəbəkələrdəki yazılardan çəkinməyə çağırıblar...
 
Xəbər verdiyimiz kimi, Rusiyanın himayəsi altında Azərbaycan Respublikasının bir hissəsində bəslənən separatçı-terrorçu hayk rejiminin üzdəniraq  bir neçə “deputat” və digər nümayəndələri Kəlbəcər rayonunun Dəvədaşı, Heyvalı və Yayıcı kəndlərində məskunlaşmış soydaşlarıyla görüş keçiriblər.

Moderator.az xəbər verir ki,  News.am-ın yaydığı məlumata görə,  görüş zamanı separatçı məmur və "deputat"lar Azərbaycan torpağındakı hayklarla Laçın yolunun bağlanması səbəbindən yaranmış problemləri müzakirə edib, onları anti-Rusiya hərəkətlərindən; istər hər hansı etiraz aksiyalarından, istərsə də sosial şəbəkələrdəki yazılardan çəkinməyə çağırıblar...
 
Xəbərdə o da bildirilir ki, sakinlər üçün prioritet təhlükəsizlik məsələsidir və guya lazım gələrsə, silaha sarılmağa hazırdırlar... 
 
“Başqasına güvənmək səhvdir. Biz özümüzü qoruya bilməsək, başqa kim qorumalıdır ki? Rusların burada olmasının böyük əhəmiyyəti var. Biz onlarla birləşməliyik, bizim əsas müttəfiqimiz ruslardır. Ruslar bizi qorumalıdır ki, biz də  müqavimət göstərə bilək”, - Kəlbəcər rayonunun hayların “Poqosaqomer” adlandırdığı  Dəvədaşı kəndində sülənən Mişa Davtyan belə deyib...
 
Sultan Laçın

Tarix: 6-01-2023, 10:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}