ABŞ Laçın yolunun açılmasına bir daha çağırış edir

Birləşmiş Ştatlar Qarabağı Ermənistanla birləşdirən dəhlizin açılmasına bir daha çağırış edib.
Burada ötən aydan bəri özlərini ekofəal kimi təqdim edən azərbaycanlılar aksiya keçirirlər.
Azərbaycan tərəfi isə yolun humanitar yüklər, təcili xidmətlər və sülhməramlılar üçün açıq olduğunda israr edir.
ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenterin (Michael Carpenter) bu barədə bəyanatında deyilir:
“Birləşmiş Ştatlar Laçın dəhlizinin artıq üç həftədən çox müddətdə bağlı olmasından və bunun ağır humanitar vəziyyət yaratmasından narahat olaraq qalır”.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, səfir belə bir vəziyyətdə lazımi dəstəyi verdiyinə görə Beynəlxala Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib və Azərbaycanı və Rusiyanı yolun dərhal açılmasına çağırıb.
Yerevandakı ABŞ səfirliyini bəyanatı
Azatutuyun yazır ki, ATƏT səfirinə bu çağırışına ABŞ-ın Yerevandakı səfirliyi də qoşulub.
Səfirlik ABŞ Dövlət Departamentinin dəhlizin açılmasına çağırışlarını təkrar edib və bildirib ki, Azərbaycanın hərəkəti “sülh prosesini əngəlləyir və beynəlxalq etimadı sarsıdır”.
Səfirlik ABŞ-ın Qarabağa mümkün humanitar yardımı barədə suala cavab olaraq bildirib ki, USAID (ABŞ Beynəxalq İnkişaf Agentliyi – red) “Ermənistandakı müvəqqəti köçkünlərə” yardım göstərməyə çalışır. Səfirlik təfərrüatlara varmayıb.
Azatutyun yazır ki, USAID-in başçısı Samanta Pauer (Samantha Power) dekabrın 6-da Ermənistanın xarici işlər naziri Ararat Mirozyanla danışıb.
Mirzoyan beynəlxalq birliyi Laçın dəlizinin yenidən açılması və Qarabağda yaranmış “humanitar fəlakətin” önlənməsi üçün “aydın addımlar” atmağa çağırıb.
Blinken danışmağı planlaşdırır
Azatutyun yazır ki, “Azərbaycan hökuməti tərəfindən dəstəklənən azərbaycanlı etirazçılar” dekabrın 12-dən Qarabağı Ermənsitanla birləşdirən yolu bağlayıb. Bakı Qarabağdakı filiz yataqlarının qanunsuz istismarının təftiş olunması üçün ora giriş tələb edir.
Yerevan və Qarabağ separatçıları Bakının tələblərini rədd edir və bildirirlər ki, bu, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə ziddir.
Azatutyun yazır ki, Mirzoyan Laçın dəhlizinin bağlı qalmasını əsas gətirərək dekabrın 23-də Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla üçtərəfli görüşdən imtina edib.
ABŞ Dövlət Departamenti ötən həftə bildirmişdi ki, dövlət katibi Entoni Blinken (Antony Blinken) “yaxın günlərdə” Bayramov və Mirozyanla söhbət etməyi planlaşdırır.
Azadlıq radiosu

Tarix: 9-01-2023, 21:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}