Terrorçunun adına olan qurum Xocavənddə “hərbi vətənpərvərlik" düşərgəsi qurdu...

Terrorçunun adına olan qurum Xocavənddə “hərbi vətənpərvərlik" düşərgəsi qurdu...
“Məktəblilərin yay tətilinin maraqlı keçməsi üçün bu yaxınlarda “Monte-Avo” xeyriyyə təşkilatının təşəbbüsü ilə Çartarda üç günlük hərbi vətənpərvərlik düşərgəsi təşkil olunub”.

SİAM.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

“Düşərgənin məsul təşkilatçısı Cavad Akopyanıın sözlərinə görə, Çartarın gözəl yerlərindən birində təşkil olunan çadır şəhərciyində Çartar” və “Kert” adlandırılmış Quzumkənd kəndlərindən olan hayk şagirdlər iştirak edirlər.

“Gündəlik iş himn, gimnastika ilə başlayır, daha sonra uşaqlar müxtəlif qruplarda iştirak edir, yunlar, söhbətlər, idman tədbirləri, hərbi-vətənpərvərlik dərsləri, mədəni proqramlar təşkil olunub. Gün ərzində düşərgədəkilər üç dəfə yeməklə təmin olunublar”, - deyən C.Akopyan hərbi-vətənpərvərlik düşərgəsinin davamlı olacağını bildirib”- xəbərdə belə deyilir.

Qeyd edək ki, söhbət Xocavənd rayonunun Çartar və Quzumkənd kəndlərindən gedir. “Hərbi vətənpərvərlik” tədbirini təşkil edən qondarma “Monte-Avo” təşkilatı isə dünən irqçi, revanşist xislətli haykların ölüm gününü qeyd etdiyi beynəlxalq səviyyəli erməni terrorçu Monte Melkonyanın adını daşıyır...

Terrorçunun adına olan qurum Xocavənddə “hərbi vətənpərvərlik" düşərgəsi qurdu...

Tarix: 13-06-2023, 11:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}