Xankəndində daha bir separatçı hərəkat qondarıldı...-GECİKMİRİKMİ?..

Xankəndində daha bir separatçı hərəkat qondarıldı...
Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun 44 günlük müzəffər(!) savaşımızdan sonra da Rusiya imperiyasının “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətində qalan Xankəndi şəhərində elə həmin kontingentin himayəsinə sığınmış separatçı, terrorçu, işğalçı, revanşist ruhlu hayklar daha bir qanunsuz hərəkat qondarıblar.

SİAM.AZ moderator.az-a istinadla xəbər verir ki, Ermənistanın Mamul.am saytının yaydığı məlumata görə, “artsax milli hərəkatı” adlanan bu separatçı hərəkat keçmiş “polis”, “prokurorluq” əməkdaşları tərəfindən qondarılır.

Hərəkatın təşəbbüskarı, keçmiş qanunsuz “hüquq-mühafizə” orqanı əməkdaşı Sergey Amiryan qurumun yaradılması təşəbbüsü barədə özünün “Facebook” səhifəsində yazıb.

“Mövcud vəziyyəti və hüquq-mühafizə sistemində dövlət və cəmiyyət üçün müstəsna xidmətlər göstərən, heç vaxt partiya maraqlarını və ya başqasını rəhbər tutmayan keçmiş həmkarlarım ilə birgə qarşılaşdığımız problemləri nəzərə alaraq biz artsax milli hərəkatını yaratdıq. Biz bu addımı vətənlərinin gələcəyindən narahat olan yüzlərlə artsax sakininin xahişi ilə atdıq. Bizim üçün yeganə və müstəsna fayda artsaxı ermənilərinki kimi saxlamaqdır. Ümid edirik ki, tezliklə bu hərəkat yalnız müsbət nəticələrə gətirib çıxaracaq. Artsax sakinləri təslim olmur”,- bu cümlələri çərənləyən separatçı hərəkatın Xankəndi şəhərindəki konkret ünvanını da göstərir:

“Yaratdığımız hərəkatın mərkəzi ofisi Stepanakertdə yerləşir, ünvan Azatamartikner 9. Digər ofislər haqqında, planlaşdırılan mətbuat konfransları və elanlar hərəkatın “Facebook” səhifəsində yerləşdiriləcək”.

Qondarma hərəkatın "təsisçisi" S.Amiryanın "Facebook" səhifəsində o da diqqəti cəlb edir ki, bu separatçı 2021-ci ilin noyabrında Şuşa yaxınlığında Azərbaycan ordusunun postuna qumbara atan və dərhal "sülhməramlı"lar tərəfindən aradan çıxarılaraq Xankəndindəki separatçı-terrorçu rejimə təhvil verilən 1-ci Qarabağ savaşında, eləcə də 2016 və 2020-ci illərdə Azərbaycana qarşı vuruşmuş terrorçu "polis" mayoru Norayr Mirzoyana böyük rəğbət bəsləyir... Yəni özü də belə terror aktlarına hazırdır...

Zəruri şərh:

Çox güman ki, bu qondarma separatçı-terrorçu xislətli hərəkat da Rusiyanın Yuxarı Qarabağda fəal olan “FSB”-si tərəfindən dəstəklənir. Çünki tarixən məlumdur ki, hayklar arxalarında etibarlı güc hiss etmədən heç bir hərəkat, təşkilat qurmurlar... Bu minvalla öz torpaqlarımızda özümüzə qarşı formalaşan hərəkat və qurumların çeşidi və sayı artmaqdadır...

Biz isə iki gündən bir mediada “Azərbaycan Qarabağdakı separatçılara qanunsuz silahlılara qarşı antiterror əməliyyatı keçirəcək” “sensasion” xəbərləri ilə özümüz öz başımızı qatırıq. Bəlkə gecikirik?.. Bəlkə heç hansısa hay-küylü “antiterror əməliyyatı”-filana ehtiyac yoxdur? Bəlkə bir gecə sadəcə bir “dənləmə” əməliyyatı keçirərək ünvanları Xankəndində də, Əsgəranda da, Ağdərədə də, Xocavənddə də xüsusi xidmət orqanlarımıza yaxşı bəlli olan separatçı-terrorçu fəalları tutuqlayıb Bakıya komlamaq gərəkdir? Axı indi də 1988-1989-cu il deyil ki, belə əməliyyatlar üçün Moskvanın icazəsi, göstərişi tələb oluna... Axı bizdə elə oğullar var ki, istənilərn təhlükəli adamı gecə yatağından götürüb yoxa çıxara bilir...
Tarix: 14-06-2023, 10:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}