Polkovnik açıqladı: “Antiterror əməliyyatı başlayıb!”


 
“Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, çox ciddi mesajlar verməsi, iki dövlət başçısının regionla bağlı qarşıya qoyulan planların həyata keçirilməsində iradə nümayiş etdirməsi revanşist qüvvələri hərəkətə keçirir”.
Bunu Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ekspertin sözlərinə görə, onlar sonlarının gəldiyini hiss edirlər, başa düşürlər ki, müəyyən gözləntiləri puça çıxa bilər:
“Belə olan halda “təsir əks təsirə malikdir” yanaşması işə düşür. Onlar maksimum əks təsirdən istifadə etmək, vəziyyəti gərginləşdirmək istəyirlər. Azərbaycanın səbri ilə oynayırlar. İstəyirlər ki, Azərbaycan hansısa ciddi bir addım atsın, sonra bundan istifadə edərək bütün dünyaya bəyan etsinlər ki, burada vəziyyət gərgindir. Belə olduğu halda nə sülh müqaviləsindən, nə Zəngəzur dəhlizindən, nə də digər proseslərdən söz gedə bilər. Onlar həmişə bu cür davranıblar, onların dəst-xətti dəyişmir”.
Polkovnik bildirib ki, Azərbaycan ordusu bütün əməliyyat şəraitini nəzarətdə saxlayır, döyüş tapşırığını yerinə yetirir:
“Döyüş tapşırığı Azərbaycan torpaqlarının qorunmasından ibarətdir. Prinsipcə, antiterror əməliyyatı gedir. Çünki düşmənin o istiqamətlərdə atəş nöqtələri susdurulur, adekvat cavab verilir. Adekvat cavab antiterror əməliyyatının elementidir. Ancaq ordumuz hələ ki, başqa bir əmr almayıb, ona görə də döyüş tapşırıqlarını yerinə yetirməklə məşğuldur. Azərbaycan ordusu daha geniş əməliyyat keçirmək üçün hazırdır, sadəcə bu, əmrə bağlı olan bir durumdur”.
Tarix: 16-06-2023, 08:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}