Ermənistanın Araz sahilində Metallurgiya zavodu tikmək planının arxasında dayanan dövlətlər - SİYAHI

Ermənistanın Araz sahilində Metallurgiya zavodu tikmək planının arxasında dayanan dövlətlər
Ermənistan hakimiyyəti riyakarlığından əl çəkmir. Gecə-gündüz “sülh” deyə bar-bar bağırsa da rəsmi İrəvan əslində sülhün olmaması üçün hər varianta əl atır. Hər vəhclə regionda davamlı sülhün olmasını əngəlləyir.

Təbii ki, Paşinyan höküməti bunu öz iradəsi və ermənilərin milli maraqları üçün etmir. Rəsmi İrəvan bunu etməyə sadəcə məhkumdur. Çünki, ermənilər hər zaman olduğu kimi bu gün də böyük dövlətlərin maşasıdır. Və həmin böyük dövlətlər də maraqlı deyillər ki, Cənubi Qafqazda davamlı sülh olsun.

Bunun səbəbləri başqa araşdırma mövzusudur. Amma bu dəfə ermənilərin xarici dövlətlərin təhriki ilə atdığı növbəti alçaq addım barədə danışacağıq. Təbii ki, söhbət Araz sahilində tikintisinə başlanılan Metallurgiya zavodundan gedir.

Arazın ləpədöyənində zavodun tikilməsi Zəngəzur dəhlizinə əngəldir

Zavodun layihəsi hazırlanarkən Ermənistan höküməti qəribə bir mövqe nümayiş etdirib. Yeni zavod Ermənistan-İran sərhəddinin cəmi 500 metrliyində inşa edilir. Zavodun inşa edildiyi ərazi də Zəngəzur dəhlizinin tam ortasında qərarlaşıb.

Əgər 2 ölkə Zəngəzur dəhlizinin reallaşdırılması üzrə razılığa gəlib dəmir və avtomobil yolunun tikintisinə başlanılsa onda bu zavod sökülməli olacaq. İkinci halda isə yeni yollar dolanbac və uzaq məsafədə inşa ediləcək. Bu isə əlavə xərclər deməkdir. Bu məsələnin iqtisadi tərəfi.

Metallurgiya zavodunun inşasında güdülən siyasi məqsədlər

Ermənistan İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə zavodun inşasını ABŞ maliyyələşdirir. Təsadüfi deyil ki, zavodun tikiləcəyi ərazidə artıq ABŞ bayrağı dalğalandırılır. Zavodun inşasını Hindistan şirkətləri aparacaq. Artıq hindistanlı inşaatçılar ərazidə işlərə başlayıb. Və ən əsası Metallurgiya zavodu gələcəkdə istehsal etdiyi məhsullarını İrana satacaq.

Beləcə, ermənilər özlərini kifayət qədər ağıllı bilərək 3 dövlətin maraqlarını bir məntəqəyə yönəltmək istəyirlər. Buna nə qədər nail olacaqlar, bunu zaman göstərəcək. Faktsa odur ki, ABŞ, Hindistan və İran hələki eyni mövqedən çıxış edirlər.

Baxmayaraq ki, ABŞ İranı özünün dost olmayan ölkələrindən sayır. Və Vaşinqton İrana qarşı sanksiyaların sayını durmadan artırır. Belə olan vəziyyətdə ABŞ necə rəva görür ki, İranın sənaye potensialı daha da güclənsin.

Deməli, Ağ Ev də molla-fars rejiminə qarşı ikili siyasət aparır. Ən pisi də odur ki, Vaşinqton Zəngəzur dəhlizinin açılmasında özünü maraqlı tərəf kimi göstərir. Amma reallıqda ermənilərin xain planlarına maliyyə dəstəyi göstərir. Bununla da məşhur “siyasətdə daimi dostlar yox, daimi maraqlar olur” ifadəsinin nə qədər yerində deyildiyi sübut olunur.

Yeni zavodun inşasında İranla və Hindistanın birgə iştirakında isə qəribə heç nə yoxdur. Çünki, həm Hindistan, həm də İran Zəngəzur dəhlizini birmənalı olaraq qəbul etmirlər.

Bu iki dövlət hətta Hindistan-İran-Ermənistan-Gürcüstan-Rusiya nəqliyyat dəhlizinin üzərində şalışırlar. Bu layihənin reallaşma imkanı sıfıra bərabər olsa da hər halda Dehli və Tehran hələ ki, iddialarını sürdürürlər.

Metallurgiya zavodu ekoloji fəlakətdir

Yeni tikiləcək region üçün əsl fəlakət olacaq. Beləki, hər gün zavoddan atmosferə külli miqdarda zəhərli maddə atılacaq. Bundan əlavə istehsal prosesində istifadə edilən zəhərli sular birbaşa Araz şayına axıdılacaq.

Bundansa ən böyük ziyan çəkəcək ölkə Azərbaycan ola bilər. Bu da onu göstərir ki, bu layihə hesabına Ermənistan Azərbaycana qarşı özünün terror siyasətindən heç də əl çəkmək istəmir.

Göründüyü kimi ermənilərin inşa etmək istədikləri Metallurgiya zavodu rəsmi İrəvanın deyil, Azərbaycanı, dolayısı ilə türk dünyasını qəbullanmayan dövlətin layihəsidir. Bu layihənin nə qədər uğurlu olacağını isə zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media
Tarix: 20-06-2023, 15:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}