Ermənilər müharibədən 2 gün əvvəl F16 pilotlarının danışığını dinləyib?


“Mənə məlumat verildi ki, müharibənin başlama ehtimalı 30 faizdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının iclasında bildirib.
Paşinyan deyib ki, bu səbəbdən müharibəyə səbəb olmamaq üçün silahlı qüvvələri qətiyyətli addımlar atmamağa çağırıb.
Erməni deputat Andranik Köçəryan Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın daha əvvəl istintaq komissiyasına verdiyi ifadəni xatırladıb: “Müharibədən əvvəl Ermənistan Silahlı Qüvvələri hissə-hissə birinci hazırlıq səviyyəsinə gətirilib. Çünki 25 sentyabr 2020-ci ildə Gəncə ərazisində Türkiyənin F16 qırıcı pilotlarının söhbəti radio vasitəsilə dinlənilib. Bu məlumatı aldıqdan sonra o (Onik Qasparyanın) intuisiya ilə bütün hazırlıq işlərini başlayıb”.
Paşinyan isə cavabında bildirib ki, bu barədə ona sentyabrın 25-də (2020-ci il) məlumat verilib. Paşinyan komissiyanın qapalı iclasında bu barədə daha ətraflı məlumat verəcəyini vəd edib.
Tarix: 28-06-2023, 08:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}