Ermənistan müharibə xofu ilə ÇALXALANIR

 
“Ermənistan müstəqil siyasət aparmır, məhz bu səbəbdən ölkə özünü belə acınacaqlı vəziyyətə salıb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “Ərik ölkəsi” partiyasının lideri Zarui Postancyan səsləndirib.
“Bu gün regionda genişmiqyaslı hərbi əməliyyatların bərpası təhlükəsi var. 44 günlük müharibə daha lokal xarakter daşıyırdı. İndi real böyük müharibə təhdidi yaranıb. Son bir neçə gündə gedən proseslər belə bir təhlükədən xəbər verir”, - deyə erməni siyasətçi söyləyib.
Postancyanın iddiasına görə, ABŞ səfirinin İrəvanda çıxışı mahiyyətcə belə bir təhlükənin mövcudluğundan xəbər verir:
“Səfir hadisələrin bu cür inkişafının qarşısını almaq üçün tədbirlərin görülməsinin zəruriliyindən danışıb. Bir neçə gündən sonra İran Xarici İşlər Nazirliyinin rəhbəri Bakıya səfər edib və orada yenidən Tehranın “qırmızı xətlərini” xatırladıb. Biz hamımız başa düşürük ki, Azərbaycan təkbaşına savaşmır, bu o deməkdir ki, onun arxasında qüdrətli qüvvələr var”.
Erməni siyasətçinin fikrincə, hazırda postsovet məkanının yeni konfiqurasiyası məsələsi ilə bağlı müzakirələr aparılır.
Tarix: 10-07-2023, 23:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}