Tərtər və Xocavənd ərazilərində də haykların Laçın yoluyla bağlı yürüşləri keçirildi...-FOTOLAR

Tərtər və Xocavənd ərazilərində də haykların Laçın yoluyla bağlı yürüşləri keçirildi...-FOTOLAR
"Dünən gecə saatlarında Xocalıdan - "sülhməramlı"larla görüşdən geri dönən qondarma "dövlət naziri" Qurgen Nersisyan bu gün- iyulun 15-i saat 20:00-da Xankəndində yeni mitinq təyin edib..."
Xəbər verildiyi kimi, dünən - 14 iyul səhər tezdən Xankəndində separatçı-revanşist qüvvələrin Kremlin gizli dəstək verdiyi və Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fasiləsiz etiraz aksiyası başlanıb. Çıxışlardan sonra separatçı-revanşistlərin bir qrupu Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisi qarşısına toplanıb... Orada da etiraz şüarlarını səsləndirdikdən sonra Rusiya "sülhməramlı"larının Azərbaycan Respublikası Xocalı rayonu ərazisindəki hava limanında yerləşən iqamətgahına yürüşə edərək orada da Laçın yolunun açılması haqda tələblərini səsləndiriblər. 
SİAM.AZ Moderator.az-a istinadən xəbər verir ki, gecə saatlarında  "QalaTV"-nin yaydığı məlumata görə, Xankəndində başlanan təxribatçı "xalq hərəkatı"na  "rayon"lar da qoşulub.
 
"Nəqliyyat yanacağı problemi ilə bağlı hər bir rayon yerində etiraz aksiyası keçirib"- məlumatda belə deyilir.
 
 Azərbaycan Respublikası Xocavənd rayonunun işğal altında qalan hissəsində məskunlaşmış bir qrup erməni  Rusiya "sülhməramlı"larının Xocavənd şəhərindəki qərargahına yürüş keçirib.Onlar tələblələrini "sülhməramlı" qüvvələrin Xocavənd bazasının rəsmilərinə təqdim ediblər...

Azərbaycan Respublikası Tərtər rayonunun işğal altındakı Ağdərə şəhərində də separatçı-revanşistlərin eyni məqsədli yürüşü keçirilib...
 
Xatırladaq ki, dünən axşamdan Xocavənd rayonunun Əsgəran şəhəri və ətraf kəndlərində məskunlaşmış hayklar Xocalıdakı hava limanında, Xankəndindəkilər isə şəhərin "dirçəliş" meydanında çadırlar quraraq fasiləsiz mitinq və yürüşlərə davam edəcəklərini bildiriblər...

Dünən gecə saatlarında Xocalıdan - "sülhməramlı"larla görüşdən geri dönən qondarma "dövlət naziri" Qurgen Nersisyan bu gün- iyulun 15-i saat 20:00-da Xankəndində yeni mitinq təyin edib...
Tarix: 15-07-2023, 09:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}