Azərbaycan erməniləri müayinə etmək üçün həkimlər göndərib

Azərbaycan erməniləri müaniyə etmək üçün həkimlər göndərib
“Azərbaycan Laçın-Xankəndi yolunda, Həkəri körpüsünün üzərindəki sərhəd-buraxılış məntəqəsinə tibbi heyət göndərib. Hazırda azərbaycanlı həkimlər Qırmızı Xaç avtomobilləri ilə bölgədən Ermənistana aparılan xəstələri müayinə etməlidir”.

Cebhe.info-nun məlumatına görə, Qarabağda yaşayan erməni qadın sakinlərdən biri “Azadlıq” radiosunun Ermənistan bürosuna açıqlamasında belə deyib:

“Onun yanında bir həkim, iki qız oturmuşdu. O bildirib ki, qızının görmə və digər səhhətində problemlər var, onlar şənbə günü daha 12 xəstə ilə birlikdə Həkəri körpüsünün üzərindəki Azərbaycanın keçid məntəqəsinə gəliblər”,-mənbə bildirib.

Həmçinin, qeyd edilir ki, azərbaycanlı həkim həmin qadının eynək taxan qızının görmə qabiliyyətindəki nöqsanlarla bağlı ona suallar verib.
Tarix: 24-07-2023, 23:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}