Ağdərədə etirazçılar atəşə tutuldu - Molla rejiminin daha bir cinayəti

Ağdərədə etirazçılar atəşə tutuldu
İranın hökumət qüvvələri Qərbi Azərbaycan əyalətinin Ağdərə kəndinə hücum edib.

Kənd sakinlərinin Ağdərə ərazisində yerləşən qızıl mədənlərində işə götürülməməsi, mədənin qeyri-standart istifadəsi nəticəsində isə əhalinin otlaq sahələrinin məhv edilməsi etirazlara səbəb olub.

Etirazların qarşısını almaq üçün bölgəyə polis əməkdaşları göndərilib və nəticədə xeyli sayda vətəndaş güllə yarası alaraq həbs edilib.

DİA.AZ-ın məlumatına görə, İranın hökumət qüvvələrinin Qərbi Azərbaycan əyalətinin Ağdərə kəndinə hücüm etməsini "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, istənilən etiraz aksiyasının zor tətbiqi ilə yatırılması yolverilməzdir:

"İştirakçıların atəşə tutulması cinayətdir. Tehran hakimiyyətinin hərbi polis qüvvələri Qərbi Azərbaycanın Ağdərə kənd sakinlərinə qarşı bu addımı atıblarsa, deməli, molla rejiminin cinayətlərinə biri də əlavə olunub. Qızıl mədəninin istismarı məsələsinə gəldikdə isə Tehran hakimiyyəti Azərbaycanın yeraltı və yerüstü sərvətlərini uzun illərdir istismar edir. Ən acınacaqlısı odur ki, təbii sərvətlərdən yerli büdcəyə bir qəpik belə köçmür. Onların hamısı mərkəzləşmiş şəkildə İran dövlət büdcəsinə sonra isə Tehran hakimiyyətinin məsləhət bildiyi əyalətlərə yönəlir. Hadisələrin inkişafı aksiyaçıların dəstəyindən asılıdır. Onları Qərbi Azərbaycan əyalətində, Güney Azərbaycanın başqa şəhərlərində dəstəkləmək və İranda təbii sərvətlərdən qeyri-bərabər istifadəyə qarşı aksiyaya çevirmək dəstələrin genişlənməsinə səbəb ola bilər".
Tarix: 1-08-2023, 23:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}