Separatçı-terrorçu rejim R.Beqlaryan barəsində...

Ermənilər R.Beqlaryanın Zabuğa sərxoş halda Şuşanın kəndindən gəlib çıxdığını iddia etdi…
Xəbər verildiyi kimi, avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb.
"Caliber"in məlumatına görə, Beqleryan Laçın keçid məntəqəsindən yan keçərək sərhədi keçməyə cəhd edib və guya “Spayka” şirkətinin sürücü köməkçisi olub. Lakin onun Azərbaycan ərazisinə təxribat törətmək üçün göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğuna əsaslı şübhələr var.
Siam.az xəbər verir ki, “Hraparak”ın yaydığı məlumata görə, Xankəndindəki separatçı-terrorçu rejim R.Beqlaryan  barəsində yeni iddialar irəli sürüb.
 
Erməni tərəfi iddia edir ki, guya R. Beqlaryan 2020-ci il müharibəsi nəticəsində Şuşadan köçüb. O, son günlər Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olub. İlkin məlumata görə, həmin şəxs guya spirtli içkinin təsiri altında azaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə, yəni Laçın rayonunun Ermənistanla sərhəddəki Zabux kəndi ərazisinə gəlib çıxıb. 
 
Qeyd edək ki, Şuşa rayonunun  Kiçik Qaladərəsi kəndindən Laçının Zabux kəndinədək 20 kilometrə yaxın məsafə var. Odur ki, sərxoş  vəziyyətdə olan 61 yaşlı bir şəxsin dağ-meşə, dərə-təpə relyefi şəraitində belə bir məsafəni azı hansısa bir zədə almadan qət etməsi mümkün görünmür…
 

Tarix: 2-08-2023, 08:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}