“Sülh təkcə mümkün deyil, həm də zəruridir” - Paşinyan


“Sülh təkcə mümkün deyil, həm də zəruridir. Bu mənim inamım, mövqeyimdir".
Bunu “Euronews” telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Mən buna inanıram. Amma bunun baş verməsi üçün beynəlxalq ictimaiyyətin mühüm nüansları anlaması, bizim niyə sürətli templə irəliləmədiyimizi aydın şəkildə bilməsi vacibdir. İcazə verin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldəki sondan əvvəlki görüşümüzə qayıdaq. Azərbaycan Prezidenti İlham Əliyev ilə mən razılaşdıq, daha doğrusu, belə bir anlayışa gəldik ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır: Ermənistanın ərazisi 29 800 kvadrat kilometr, Azərbaycanın ərazisi isə 86 600 kvadrat kilometrdir”, - deyə o qeyd edib.
Tarix: 2-08-2023, 09:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}