Sərhəddəki erməni yürüşünün arxasındakı RUS `SÜLHMƏRAMLISI`

Sərhəddəki erməni yürüşünün arxasındakı RUS `SÜLHMƏRAMLISI`
Dünən – avqustun 4-ü axşam Xankəndindəki “Laçın dəhlizinin blokadasını açmaq” üzdəniraq "xalq hərəkatı"nın üzvləri Rusiya “sülhməramlı”larının Xocalı ərazisindəki hava limanındakı qərargahına gələrək “sülhməramlı” qüvvələrini komandanı, general Aleksandr Lentsovdan “Laçın” sərhəd-buraxılış postuna planlaşdırılan avtobusun yürüşü zamanı guya “10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq haykların təhlükəsizliyini təmin etmək üçün hansı addımları atacaqlarına cavab verməsini tələb ediblər”..

Siam.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda Amerikanın “Azadlıq” radiosunun erməni bürosu(“Azatutyun”) məlumat yayıb.

“Hərəkat”ın üzvü Artur Osipyan bildirib ki, hərbçilər onlara deyiblər: “yazılı şəkildə müraciət edin, məktub yazın, bazar ertəsi cavab verəcəyik”. Bundan əvvəl aksiya iştirakçıları oranı tərk etməyəcəklərini və “sülhməramlı”ların qərargahına giriş-çıxışı əngəlləyəcəklərini bəyan ediblər. Lakin Rusiya hərbçilərindən reaksiya olduğu üçün aksiyanı dayandıraraq geri qayıdıblar...

Bu arada “Kavkazski uzel” nəşri də Xankəndində planlaşdırılan avtobus yürüşü haqda reportaj hazırlayıb.

Artur Osipyan həmin nəşrini müxbirinə bildirib ki, Xocalıdakı hava limanında yerləşən Rusiya “sülhməramlı” kontingentinin bazasına 50-yə yaxın hayk gedib. Onun sözlərinə görə, onların qarşısına “sülhməramlı”ların nümayəndəsi çıxıb.

"Tələbləri yazılı şəkildə təqdim etməyimizi xahiş etdi. Bazar ertəsi isə cavab verəcəklər. Aksiya iştirakçıları razılaşdılar. Sabah (bu gün, avqustun 5-də) məktub hazırlayıb “sülhməramlı”lara təqdim edəcəyik, bazar ertəsi isə cavab tələb edəcəyik",- deyə Osipyan bildirib.

“Laçın dəhlizinin blokadasını açmaq” "xalq hərəkatı"nın qərargahının nümayəndəsi Vrej Balasanyan jurnalistlərə açıqlamasında deyib ki, guya “aksiyada iştirak etmək istəyənlərin sayı hər gün artır, insanlar gəlib aksiyanın nə vaxt keçiriləcəyini, təşkilatçıların kim olduğunu və təhlükəsizlik təminatının nədən ibarət olduğunu bilmək istəyirlər”.

“Dünən 25-ə yaxın avtobus var idisə, bu gün başqa şirkət 10-a qədər avtobus verib. Digər özəl şirkətlər də dinc avto-yürüş üçün nəqliyyat təklif etdilər. Biz də yanacaq axtarmağa başlamalıyıq - ehtiyatı olan əhaliyə ümid edirik. Və marşın təhlükəsizliyi məsələsini həll etmək lazımdır”, - deyə Balasanyan bildirib.
Tarix: 5-08-2023, 12:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}